12px13px15px17px
Tarix:23/02/12

“İntel” proqram təminatına 24 milyon sərmayə yatırıb

“İntel” şirkətinin maliyyə şöbəsi  təkcə “İntel Capital 7” proqram təminatı şirkətinə 24 milyon sərmayə yatırıb. Ümumilikdə “İntel” korporasiyası ayrı-ayrı sahələr üzrə ixtisaslaşan  bir neçə şirkəti özündə birləşdirir.

Məsələn, “DynamicOps” “bulud” hesablama sistemlərinin avtomatlaşdırılması vasitələrini hazırlayırsa, “enLighted” binaların enerji sistemlərinin idarə edilməsi proqramları, “Guavus” isə real vaxt üçün analitik  alətləri üzrə ixtisaslaşıb.

“İp Commerce” “xidmət platforması” modeli ilə işləyən ödəniş sistemləri yaradır. “Swrve New Media” isə oyun və sosial şəbəkələrin analiz üsullarıyla məşğul olur.

“Revolution Analytics” proqnozların təhlili məsələlərini araşdırır, nəhayət “Gaikai” oyun proqramları üçün “bulud” hesablama sistemləri hazırlayır.  “Computerworld” nəşrinin məlumatına görə, korporasiya digər  törəmə şirkətlərinə ayırdığı vəsaiti hələ açıqlamayıb.  

GÜLNAR




Baxış sayı: 1196

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024