12px13px15px17px
Tarix:19/09/12

Məcburi köçkün gənclər üçün virtual mərkəz kimi informasiya xarakterli sayt yaradılacaq

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi sədri “Məcburi köçkün gənclərin virtual informasiya mərkəzi” adlı layihənin icrasına başlayıb.Layihə Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutub.

Qeyd edək ki, əsas məqsəd məcburi köçkün gənclər üçün virtual mərkəz kimi informasiya xarakterli sayt yaratmaq və işğal olunmuş ərazilərdən olan gəncləri bu sayt vasitəsilə bir yerə toplamaqdır. Eyni zamanda xaricdə təhsil alan, idmanda nailiyyəti olan, ictimai aktivliyi ilə seçilən, elmdə uğurlar qazanan məcburi köçkün gənclər haqqında saytda mütəmadi informasiyalar verməkdir.

Sayt vasitəsilə işğal olunmuş rayonların müvafiq dövlət qurumları ilə əməkdaşlıq, keçirilən layihələrə gənclərin cəlb olunması, məşğulluqlarının təmin edilməsinə kömək və digər məsələlər də öz əksini tapacaq.

Dövlət Proqramında nəzərdə tutulan Virtual Qarabağ ideyasının tərkib hissəsinə çevriləcək bu layihədə işğal olunmuş rayonların tarixi, mədəniyyəti, təbiəti, tanınmış şəxsiyyətləri və s. materiallar da saytda yerləşdiriləcək. Belə ki, sayt gündəlik informasiya ilə təmin ediləcək.

Sayt üç dildə - Azərbaycan, ingilis, rus dillərində yaradılacaq.

İctimai Birliyin sədri Anar Xəlilov qeyd edib ki, həmçinin beynəlxalq aləmdə də saytın tanınmasına çalışılacaq.

“Ölkə rəhbərliyinin apardığı siyasət əmin edir ki, torpaqlar tezliklə düşməndən azad olunacaq. Dövlətin məcburi köçkünlərin hər bir probleminə həssaslıqla yanaşması demək olar ki, onların sosial problemlərini həll edib”.




Baxış sayı: 1650

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Dekabr 2024

20 12 2024