Tarix:24/08/16
Sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edir. İlkin mərhələdə Abşeron, Xaçmaz rayonları və Gəncə, Lənkəran şəhərlərinin sakinləri sorğuya cəlb olunacaq.
İki müxtəlif auditoriyanı əhatə edən sorğu rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşlar arasında keçiriləcək.
"Aztelekom" MMC-nin baş direktor vəzifəsini icra edən Suat Paşayev: "Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün sektor üzrə əsaslı islahatlar aparılır. Buna baxmayaq, problem və çatışmazlıqlar da var. Biz bunu bilirik və problemlərin səbəbini müxtəlif mənbələrdən öyrənməklə həll etməyə çalışırıq. "Aztelekom" MMC olaraq mövcud problemləri həm də vətəndaşın özündən öyrənməyə çalışırıq. Sorğu keçirilməsi yolu ilə rabitə və internet xidmətlərindən istifadə zamanı vətəndaşların üzləşdikləri problemləri, telekommunikasiya xidmətlərindən istifadə etməmə səbəblərini aydınlaşdıracağıq. Problemlərin həlli fasiləsiz proses olduğu üçün biz davamlı olaraq araşdırma və təhlillər aparır, eyni zamanda da, çatışmazlıqları aradan qaldırırıq".
Bu gün "Aztelekom" MMC-nin 4 rayonda keçirəcəyi sorğuda 400 vətəndaşın iştirakı nəzərdə tutulur. Sorğu başa çatdıqdan sonra nəticələr qısa müddət ərzində ictimaiyyətə açıqlanacaq.
Rabitə xidmətlərinin keyfiyyətini müəyyən etmək üçün əhali arasında sorğu keçirilir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti əhaliyə təqdim edilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında sorğu keçirir.Sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edir. İlkin mərhələdə Abşeron, Xaçmaz rayonları və Gəncə, Lənkəran şəhərlərinin sakinləri sorğuya cəlb olunacaq.
İki müxtəlif auditoriyanı əhatə edən sorğu rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşlar arasında keçiriləcək.
"Aztelekom" MMC-nin baş direktor vəzifəsini icra edən Suat Paşayev: "Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün sektor üzrə əsaslı islahatlar aparılır. Buna baxmayaq, problem və çatışmazlıqlar da var. Biz bunu bilirik və problemlərin səbəbini müxtəlif mənbələrdən öyrənməklə həll etməyə çalışırıq. "Aztelekom" MMC olaraq mövcud problemləri həm də vətəndaşın özündən öyrənməyə çalışırıq. Sorğu keçirilməsi yolu ilə rabitə və internet xidmətlərindən istifadə zamanı vətəndaşların üzləşdikləri problemləri, telekommunikasiya xidmətlərindən istifadə etməmə səbəblərini aydınlaşdıracağıq. Problemlərin həlli fasiləsiz proses olduğu üçün biz davamlı olaraq araşdırma və təhlillər aparır, eyni zamanda da, çatışmazlıqları aradan qaldırırıq".
Bu gün "Aztelekom" MMC-nin 4 rayonda keçirəcəyi sorğuda 400 vətəndaşın iştirakı nəzərdə tutulur. Sorğu başa çatdıqdan sonra nəticələr qısa müddət ərzində ictimaiyyətə açıqlanacaq.
Baxış sayı: 1161
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı