12px13px15px17px
Tarix:18/07/18

Bu ölkədə mobil internet əlçatan oldu

İnternetə qoşulmanın dövlət tərəfindən ciddi tənzimləndiyi Kubada sakinlərə smartfon vasitəsilə internetə daxil olmaq üçün icazə verilib. Dövlət KİV-nin jurnalistləri ilk olaraq bu imkana yiyələniblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, ada dövlətində internetə qoşulma uzun müddət məhdud olub. Yaxın vaxtlaradək kubalılar yalnız dövlət tərəfindən nəzarət olunan saytlara daxil ola bilirdilər, internetə tam çıxış yalnız turistlər üçün mehmanxanalarda əlçatan idi. 2018-ci ilin aprelində Miqel Dias-Kanelin hakimiyyətə gəlişi ilə siyasət dəyişib. O, əvvəllər demişdi ki, azad internet kubalılara iqtisadiyyatı möhkəmləndirməyə və "inqilabı qorumağa" imkan verəcək.
 
Yerli bazarda inhisarçı olan "ETECSA" telekommunikasiya şirkəti bəzi müştərilərə, əsasən özəl firma və səfirliklərə ötən ilin dekabrında mobil planlar almaq üçün icazə verib. İlin sonunadək "ETECSA"-nın bütün müştərilərinin (təxminən 5 milyon nəfər, yəni Kuba əhalisinin təxminən yarısı) mobil internetdən istifadəsi planlaşdırılır.
Bundan başqa, xidmətin qiymətinin baha olması kubalıları narahat edə bilər. "Wi-Fi" nöqtələrinə qoşulma qiyməti 1 saat üçün 1 dollardır, halbuki ölkədə orta əməkhaqqı təxminən 30 dollar təşkil edir.
 
Emil Hüseynov




Baxış sayı: 1072

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024