12px13px15px17px
Tarix:02/08/18

“Facebook” və “Instagram” sosial şəbəkələrdə keçirilən vaxta nəzarət etməyə kömək edəcək

"Instagram" və "Facebook" sosial şəbəkələrində istifadəçilərin vaxtdan səmərəli istifadəsi üçün yeni üsullar təqdim edilib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, "Biz "Instagram" və "Facebook" istifadəçilərinə öz vaxtlarından səmərəli istifadə etməyə imkan verəcək yeni mexanizmlərin tətbiq edilməsini elan edirik. Bu aktivliyi idarəetmə paneli, gündəlik "xatırlatma", həmçinin bildirişlər axınının məhdudlaşdırılması üzrə yeni üsuldur" – "Instagram"ın saytında dərc edilmiş press-relizdə deyilir. Məlumata görə, bu mexanizmlər psixoloqların iştirakı, həmçinin "Instagram" və "Facebook"un araşdırması və istifadəçilərin rəyi əsasında hazırlanıb.
 
Yenili mexanizmlərdən istifadə etmək üçün sözügedən proqramlarda sazlamalar panelini açmaq, "Instagram"da "Aktivlik", "Facebook"da isə "Facebookda keçirdiyiniz vaxt" bölməsini seçmək lazımdır.
 
Emil Hüseynov




Baxış sayı: 1252

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024