12px13px15px17px
Tarix:23/01/21

“Google” gözlənilmədən iddialı layihəsinin fəaliyyətini dayandırıb

“Alphabet” (Google) şirkəti hava şarlarının köməyi ilə internetə simsiz qoşulma yaratmağı hədəfləyən “Project Loon” layihəsinin fəaliyyətini dayandırır. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, layihənin baş direktoru Alaster Vestqart bu qərarı şirkətin lazımi sayda tərəfdaş və investor tapa bilməməsi ilə izah edib. Bundan başqa, sözügedən layihə uzunmüddətli və dayanıqlı biznes qurmaq üçün öz xərclərini minimumadək azaltmağa nail ola bilməyib.
 
“Project Loon” layihəsi hələ ötən il uğurla sınaqdan keçirilib. Məsələn, Keniyada istifadəyə verilmiş 35 hava şarı yerli mobil rabitə operatorunun şəbəkələrində işləyib. Hər bir hava şarının əhatə dairəsi 80 kvadrat kilometr təşkil edib.
 
Emil Hüseynov




Baxış sayı: 25533

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024