12px13px15px17px
Tarix:03/11/16

Rəqəmli çevirici qurğudan istifadə üçün nələrə əməl etmək lazımdır?

Məlum olduğu kimi, 1 noyabr 2016-cı il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində və Abşeron yarımadasında analoq yayım dayandırılaraq, tam olaraq rəqəmli televiziya yayımına keçilib. Müasir televizorlar, o cümlədən 2011-ci ildən etibarən istehsal olunan bütün televizorlar rəqəmli yayımlanan siqnalları heç bir əlavə qurğu olmadan qəbul edir.
 
Rəqəmli yayımı qəbul etmə imkanı olmayan televizorlar üçün isə dekoderləri ("Set-Top-Box")  radioelektron malların satış məntəqələrindən və istifadə haqda təlimatla birgə poçt şöbələrindən əldə etmək mümkündür.
 
Qeyd edək ki, rəqəmli yayım siqnallarını qəbul etmək üçün xüsusi antenaya ehtiyac yoxdur. Belə ki, analoq yayım üçün istifadə olunan antena vasitəsi ilə rəqəmli formatda TV proqramları izləmək mümkündür.
 
 Hazırda bir çox satış məntəqələrində və poçt şöbələrində satılan "NPR-4000T" markalı rəqəmli çevirici qurğu analoq televizorlara qoşulmaqla açıq yayımlanan DVB-T standartlı rəqəmli televiziya proqramlarının qəbulu üçün nəzərdə tutulub. Beləliklə, sözügedən qurğunun sazlanması üçün nəzərdə tutulan təlimatı təqdim edirik.
 
- Çevirici qurğu vasitəsilə rəqəmli televiziya proqramlarını qəbul etmək üçün analoq televizora birləşdirilən adi efir antenası bu qurğunun arxa hissəsində yerləşən RF İN girişinə qoşulmalıdır;
 
 
- A/V (üçrəngli başlığı olan) kabelin bir tərəfi rənginə uyğun olaraq çevirici qurğunun arxa hissəsində yerləşən VİDEO (sarı), R-AUDİO (qırmızı) və L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;
 
 
- A/V kabelin digər tərəfi isə analoq televizorun arxasında (və ya yan hissələrində) yerləşən İN VİDEO (sarı), R-AUDİO (qırmızı) və L-AUDİO (ağ) girişlərinə birləşdirilməlidir;
 
 
- Analoq televizorların arxa hissəsində yalnız İN VİDEO (sarı) və R-AUDİO (qırmızı) və ya İN VİDEO (sarı) və L-AUDİO (ağ) girişləri olduqda  yalnız bu qeyd olunan iki girişə A/V kabelin qoşulması təmin edilməlidir;
 
 
- Yuxarıda qeyd olunan kabellər birləşdirildikdən sonra qurğunun elektrik kabeli 220V-luq şəbəkəyə qoşulmalı və bu halda qurğunun ön hissəsində sol tərəfdə qırmızı işıq yanarsa, bu işığın yanında olan və ya pultdakı POWER düyməsi basılmalı, analoq televizor A/V rejiminə keçirilməlidir;
 
 
- Çeviricinin pultundakı Menyu düyməsi basılaraq Menyuya daxil olmaq lazımdır;
 
 
- Pultun idarəetmə düymələrindən (sağ, sol, yuxarı və aşağı) istifadə etməklə Menyuda Axtarış (Поиск) səhifəsinə keçmək və Avtomatik və ya Əl ilə  (РУЧНОЙ) axtarışa daxil olmaq lazımdır;
 
 
- Əl ilə axtarış (РУЧНОЙ) zamanı kanal tezliyi (ЧАСТОТА КАНАЛА) qurğunun yerləşdiyi yaşayış məntəqəsində rəqəmli televiziya kanalına uyğun  seçilərək (Məsələn, Bakı şəhəri üçün 37 və 48-ci TV kanallar) axtarış üçün OK düyməsi basılmalıdır.
 
Xatırladaq ki, qurğunun analoq televizora qoşulması ilə bağlı hər hansı əlavə sual yaranarsa, hər gün 24 saat ərzində ölkənin istənilən yaşayış məntəqəsindən  01 fevral 2017-ci il tarixinədək ödənişsiz olmaqla
1411 "qaynar xətt"inə zəng etmək və ya "www.dvbt.az" saytından ətraflı məlumat əldə etmək olar.




Baxış sayı: 936

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Yanvar 2017

19/01/17
“YouTube” videohostinqinin mobil versiyasında messencer istifadəyə veriləcək

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi mesajlarla mübadilə üçün yeni platforma istifadəyə ver

19/01/17
Dünyanın ilk kvant telekommunikasiya peyki istismara verilib

Çin mütəxəssisləri bu yaxınlarda orbitə çıxarılan dünyanın ilk kvant telekommunikasiya peykini istismara veriblər. 

19/01/17
“Facebook”da boşluq gizli telefon nömrələrini öyrənməyə imkan verir

Belçikalı tədqiqatçı İnti De Kekelayre “Facebook” sosial şəbəkəsi istifadəçilərinin gizli mobil telefon nömrələr

19/01/17
İlk virtual platformalı mobil şəbəkə istifadəyə verilib

“velcom” şirkəti dünya mobil operatorları arasında ilk dəfə olaraq tam virtual mobil şəbəkə nüvəsini kommersiya istifadəsinə ver

19/01/17
Bu qurğu enerji doldurulması zamanı smartfondakı məlumatların ehtiyat surətini yaradır

“Toshiba” şirkəti “Canvio for Smartphone” adlı xarici daşıyıcının tədarükünə başlayıb. 

19/01/17
Ötən ilin ən güclü mobil qurğuları bəlli olub

“AnTuTu” şirkəti ötən ilə yekun vuraraq 2016-cı ilin ən məhsuldar mobil qurğularının siyahısını dərc edib. 

19/01/17
Abunə haqlarının ödənişi ilə bağlı yenilik

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”na əsa

19/01/17
Hakerlər “Gmail” istifadəçilərinə hücum edirlər

“Wordfence” şirkətinin qurucusu Mark Maunder “Gmail” elektron poçt qutusunun istifadəçilərinə qarşı hakerlər

19/01/17
Yeni üsul “3D” printerdə çap edilən obyektlərin formasını dəyişəcək

Son vaxtlaradək üçölçülü printerdə (3D) çap edilən obyektin formasını və ya xüsusiyyətini

18 01 2017

18/01/17
Prezident İlham Əliyev “Microsoft” şirkətinin ümumdünya dövlət qurumları ilə əlaqələr üzrə korporativ vitse-prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda “Microsoft” şirkətinin 

18/01/17
“Google” axtarış sisteminin mobil proqramı yerinə yetirilməmiş sorğuları avtomatik icra edəcək

Mobil texnologiyaların yüksək inkişaf səviyyəsinə baxmayaraq, smartfon istifadəçilərinin əksəriyyəti mütəmadi 

18/01/17
Kompüter təlimi “Google+” şəbəkəsindəki şəkillərin təsvir ölçüsünü yaxşılaşdırıb

“Google+” sosial şəbəkəsi kompüter təlimi metodlarının köməyi ilə yüksək təsvir ölçüsünə malik şəklin

18/01/17
“iOS” üçün “Onion” anonim brauzeri pulsuz istifadəyə verilib

“App Store” əlavələr mağazasında təhlükəsizlik imkanları genişləndirilmiş unikal brauzer pulsuz istifadəyə verilib. 

18/01/17
“Windows 7” sisteminin dəstəklənməsinin nə vaxt dayandırılacağı rəsmən açıqlanıb

“Microsoft” korporasiyası "Windows 7” əməliyyat sisteminin dəstəklənməsini 2020-ci ilin əvvəlində tam dayandırmaq 

18/01/17
BTRİB “Təhlükəsiz internet” layihəsinə start verir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) müxtəlif yaş qruplarına aid istifadəçilər

18/01/17
Prezident İlham Əliyev “Cisco” şirkətinin icraçı sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrəyə işgüzar səfəri çərçivəsində 

18/01/17
Prezident İlham Əliyevin “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda 

18/01/17
“Əşyalar interneti” qurğularını yoluxduran virus aşkarlanıb

“Eset” antivirus şirkəti “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularına hücum edən

18/01/17
“Facebook Messenger”də boşluq səsli mesajlara müdaxiləyə imkan verir

“Facebook Messenger” proqramında səsli mesajlara üstünlük verən istifadəçilər “ortada insan” 

18/01/17
2020-ci ilə dünyada istifadədə olan smartfonların sayı 50% artacaq

Smartfonlar internetə çıxışa malik ən mühüm “ağıllı” qurğu kimi fərdi kompüteri əvəz edib.