12px13px15px17px
Tarix:08/09/17

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuzda vətəndaşlarla görüşüb

Bu gün nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Tovuz şəhərində vətəndaşlarla görüşüb.
 
Tovuz şəhərində Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax sakinlərini qəbul edən nazir vətəndaşların telekommunikasiya, internet, poçt xidmətləri, yol təmir-tikintisi, yeni marşrut xəttinin açılması, marşrut qrafiklərində dəyişiklik edilməsi, işə qəbul kimi məsələlərlə bağlı müraciətlərinə baxıb, təkliflərini dinləyib.
 
Hər bir sakinin probleminə diqqətlə yanaşan nazir Ramin Quluzadə vətəndaşların müraciətlərinin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb, şikayət xarakterli müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
 
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb.
 
Görüşdə nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Həmin müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin olunacaq.
 
Regional səfər çərçivəsində nazir Ramin Quluzadə aidiyyəti rayonların Telekommunikasiya qovşaqları, poçt filialları, eləcə də, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin regional bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə  müşavirə keçirib.
 
Sektor üzrə mövcud durum, çatışmazlıqlar, nöqsanlar, vətəndaş şikayətləri üzrə geniş müzakirələrin aparıldığı müşavirədə həyata keçirilən islahatların vətəndaş məmnunluğu və xidmət keyfiyyətinin yüksəldilməsinə yönəldiyi diqqətə çatdırılıb.

Toplantıda nazir Ramin Quluzadə müvafiq sahə rəhbərlərinə hər bir vətəndaş müraciətinə  fərdi və həssaslıqla yanaşılması barədə tapşırıqlar verib.










Baxış sayı: 280

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Yanvar 2018

23 01 2018

23/01/18
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Xırdalanda vətəndaşlarla görüşəcək

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə  26.01.2018-ci il tarixində saat  

23/01/18
Fərdi kompüter üçün ilk “ağıllı” korpus təqdim olunub

“Deepcool” şirkəti fərdi kompüter üçün dünyada ilk “ağıllı” korpus təqdim edib. 

23/01/18
Barmaq izləri skanerinə malik ekranla təchiz edilmiş ilk smartfon rəsmən təqdim edilib

Çinin “Vivo” şirkəti barmaq izləri skaneri bilavasitə ekranın alt hissəsinə qurulmuş smartfonun ilk kommersiya 

23/01/18
“Huawei Honor View 10” smartfonu satışa çıxarılır

“Huawei” şirkəti ön paneli əhatə edən ekrana malik çərçivəsiz dizaynlı “Honor View 10” smartfon 

23/01/18
İsveçrədə əl üçün düşüncənin gücü ilə idarə olunan ekzoskelet yaradılıb

Lozanna Federal Politexnik Məktəbinin (EPFL) mütəxəssisləri əl üçün düşüncənin gücü ilə idarə olunan 

23/01/18
Bu il dünyada mikroelektronika komponentlərinin satışı 7,5 faiz artacaq

“Gartner” analitik şirkəti 2018-ci ildə dünyada mikroelektronika komponentlərinin satış həcminin 

23/01/18
İlk robot satıcı işə başlayandan bir həftə sonra qovulub

Yaponiyanın “Softbank” şirkəti tərəfindən hazırlanmış “Pepper” adlı dünyada ilk robot satıcı öz vəzifəsinin 

23/01/18
Prezident İlham Əliyev “Cisco” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Görüşdə Azərbaycanın bir çox dövlət qurumları ilə “CISCO” şirkəti arasında səmərəli əməkdaşlığın

23/01/18
Robot alim yeni dərman kəşf edib

Kembric Universitetinin tədqiqatçıları süni intellekt vasitəsilə malyariya əleyhinə yeni dərman 

23/01/18
“Samsung” köhnə smartfonların işləmə sürətini azaltmaqda təqsirli bilinir

İtaliyanın antiinhisar xidməti “Samsung” şirkətinin öz yeni aparatlarını tanıtmaq üçün köhnə smartfonların