



“İnformasiya cəmiyyətinin təməli: Gənclər və Elektron Hökumət” layihəsi davam edir

Layihə çərçivəsində növbəti təlimlərə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin dəstəyi ilə 15 yanvardan etibarən start veriləcək. İlk təlim Elektron Hökumət Təlim-Tədris Mərkəzində yanvarın 15-i saat 11:00-da baş tutacaq. Təlimlər ölkənin 4 regionunu (Mingəçevir, Qazax, Göyçay və Şəki) əhatə edəcək. Təlimlərin keçirilməsində əsas məqsəd gənc sahibkarlar, gənclər təşkilatları və fərdi gənclərin ən çox istifadə etdiyi elektron xidmətlər üzrə biliklərinin artırılmasıdır.
Təlimlər 3 gündən ibarət olub 6 mövzunu əhatə edəcək:
– www.e-gov.az portalı haqqında giriş;
– E-imza istifadəsinin texniki və hüquqi aspektləri;
– Məcburi dövlət sosial sığortası hesabatların təqdim edilməsi e-xidməti;
– Vergilər sahəsi üzrə e-xidmətlər;
– Statistika üzrə e-xidmətlər;
– Gömrük bəyannamələrinin və hesabatların yerinə yetirilməsi üzrə e-xidmətlər.
Bütün təlimlərdə iştirak edən şəxslərə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sertifikatları təqdim olunacaq.
Təlimlərdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
https://goo.gl/fiyGec
Ətraflı məlumat üçün aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilərsiniz:
info@e-training.az
(012) 505 01 13; (077) 505 01 13
Baxış sayı: 448
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Sony” şirkəti “Xperia Z Ultra” planşetofonunu təqdim edib (VİDEO)
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Androidin bazardakı payı azalıb
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib