12px13px15px17px
Tarix:11/01/18

2017-ci ildə 26 mindən çox “Elektron imza” sertifikatı istifadəyə verilib

Artıq 5 ildən çoxdur ki, tətbiq olunan "Elektron imza" virtual məkanda proses iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir, elektron sənəd mübadiləsinin təhlükəsiz və çevik icrasını təmin edir.

"Elektron imza"nın üstünlüklərinə vaxta qənaət, məxfilik, rahatlıq, inkaredilməzlik, işgüzar münasibətlərin və əlaqələrin tamamilə elektron formata keçirilməsi daxildir. Elektron imza ilə imzalanmış sənədlər bir neçə saniyə ərzində lazım olan ünvana çatdırıla bilər. Elə buna görə də, "Elektron imza"dan istifadə göstəricisi artmaqdadır.

Belə ki, 2017-ci ildə  dövlət qurumlarına 9 724, fiziki şəxslərə 7 412, hüquqi şəxslərə isə 9 552 olmaqla, ümumilikdə 26 688 "Elektron imza" sertifikatı istifadəyə verilib. Bu da 2016-cı il ilə müqayisədə 3 648 sertifikat sayı çoxdur.

Məlumat üçün qeyd edək  ki, "Elektron imza" sertifikatlarının istifadəyə verildiyi gündən 1 yanvar 2018-ci il tarixinə qədər olan statistikaya əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən dövlət qurumları üzrə 75 674, fiziki şəxslər üzrə 24 536, hüquqi şəxslər üzrə isə 26 516 olmaqla, ümumilikdə 126 726 "Elektron imza" sertifikatı istifadəyə verilib.

2017-ci il ərzində dövlət qurumları tərəfindən 8 147 916, habelə hüquqi və fiziki şəxslər tərəfindən 3 318 233 olmaqla, ümumilikdə 11 466 149 autentifikasiya və elektron imza əməliyyatları aparılıb. Bu isə 2011-ci ildən indiyə qədər aparılmış 29 871 550 autentifikasiya və elektron imza əməliyyatlarının 38.4%-i deməkdir.

"Elektron imza", həmçinin "Elektron hökumət" portalının autentifikasiya vasitələrindəndir. 2017-cı il ərzində elektron imza kartları vasitəsi ilə ümumilikdə 5 791 005 autentifikasiya qeydə alınıb.

Qeyd edək ki, "Elektron imza" sertifikatlarını poçt filiallarından, "Şəbəkə" xidmət mərkəzlərindən, habelə Milli Sertifikat Xidməti Mərkəzinin qeydiyyat məntəqələrindən, elektron imza saytı (www.e-imza.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) onlayn sifarişlə əldə etmək mümkündür.
 
Xatırladaq ki, elektron imzadan 2012-ci ildən etibarən dövlət idarəçiliyi sahəsində geniş istifadə olunur.




Baxış sayı: 258

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2018

24/04/18
Ümumdünya Poçt İttifaqının yaz sessiyası Azərbaycan üçün uğurlu oldu

İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasında Azərbaycan Poçt Admin

24/04/18
“Nvidia” şəkillərdəki detalları tamamlamaq üçün süni intellekt texnologiyası hazırlayıb

“Nvidia” şirkəti tərəfindən süni intellekt əsasında hazırlanmış texnologiya şəklin zədələnmiş hissələrini 

24/04/18
“Samsung Galaxy Note7” smartfonu “Wi-Fi Alliance” sertifikatını alıb

“Wi-Fi Alliance” konsorsiumunun məlumat bazasında “Samsung Galaxy Note7” smartfonunun 

24/04/18
Kompakt “Nimbini v2” kompüteri təqdim edilib

Almaniyanın “Cirrus7” istehsalçısı “Intel” məntiqi əsasında işləyən kompakt “Nimbini v2” kompüter sist

24/04/18
“LG V30” smartfonuna süni intellekt inteqrasiya edilib

“ThinQ”  adlı proqram təminatı kameranın kadrında olan obyekti tanıyaraq çəkiliş üçün uyğun gələn rejimi 

24/04/18
“Google” şirkəti “Windows 10” sistemində təhlükəli boşluq aşkar edib

“Google's Project Zero” şirkətinin təhlükəsizlik mütəxəssisləri “Windows 10 S” əməliyyat sistemində orta 

24/04/18
“iPhone” smartfonlarında boşluq məlumatların oğurlanmasına şərait yaradır

Ekspertlər “iPhone” smartfonlarında qurğunun məsafəli idarəetməsi üçün istifadəyə imkan verən boşluq 

24/04/18
İnsan genomunun atlası yaradılıb

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri insan genlərinin və embrional gövdə hüceyrələrinin müasir 

24/04/18
Bill Qeyts, “Airbus” və “SoftBank” real vaxt rejimində yenilənən peyk xəritələrinə yatırım ediblər

Yer kürəsinin fasiləsiz videomüşahidəsini həyata keçirən peyk sistemi yaratmaq istəyən

23 04 2018

23/04/18
Yeni zərərli proqram “Microsoft Office”in yoluxdurulmuş sənədləri vasitəsilə yayılır

Çinin “Qihoo 360” kibertəhlükəsizlik şirkəti tərəfindən aşkar edilmiş zərərli proqram təminatının yeni növü 

23/04/18
“iPhone” smartfonlarını utilizasiya edən robot nümayiş olunub (VİDEO)

“Apple” şirkəti “iPhone” smartfonlarının utilizasiyası üçün nəzərdə tutulan yeni robot nümayiş 

23/04/18
İlk “8К” "Sharp" televizorunun qiyməti məlum olub

“Sharp” şirkətinin ötən ilin sentyabrında Almaniyada keçirilən “IFA 2017” sərgisində ictimaiyyətə təqdim etdi

23/04/18
Smartfonu əşyaların üzərinə toxundurmaqla onları müəyyənləşdirmək mümkün olacaq

Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) mühəndislər qrupu smartfonu əşyaların 

23/04/18
“Adobe Flash” texnologiyasının fəaliyyətinə son verilir

“W3Tech” şirkətinin yeni hesabatına əsasən, “Flash” texnologiyası tədricən internetdən yox olur. 2018-ci ilin 

23/04/18
2030-cu ilədək dünyanı dəyişdirəcək texnologiya təqdim ediləcək

Beşinci nəsil şəbəkəsinin kommersiya istismarı yalnız 2020-ci ilə planlaşdırılıb, amma Finlandiyanın Oulu 

23/04/18
Tanışlıq üçün mobil proqramların təhlükəsi açıqlanıb

Tanışlıq üçün əksər mobil əlavələr internetdə istifadəçi məlumatlarını yayır. Bu barədə “Kasperski