12px13px15px17px
Tarix:23/02/18

Avstriyanın nümayəndə heyəti ilə nəqliyyat və yüksək texnologiyalar sahəsində əməkdaşlıq müzakirə olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinin tərkibinə Avstriya Milli Şurasının (Parlament) turizm, ətraf mühit komitələrinin sədrləri, yüksək texnologiyalar, nəqliyyat sahələri üzrə rəsmi şəxslər və  şirkət rəhbərləri daxildir.

Görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iri infrastruktur layihələri barədə ətraflı məlumat verib. Nazir Azərbaycanla Avstriya arasında bütün istiqamətlərdə genişlənən əməkdaşlıq əlaqələrinin nəqliyyat və yüksək texnologiyalar sahəsində də uğurla davam etdirildiyini vurğulayıb.

Ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafında qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri və perspektivlərdən də söz açıb.

Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini maraqla izlədiyini deyən Andreas Rayxhardt ikitərəfli əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb. Baş katib ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat və İKT sektorunda da genişləndirilməsində maraqlı olduğunu qeyd edib. O, ölkəmizdə yaradılan sənaye zonalarının əhəmiyyətini vurğulayıb və bu sahədə əməkdaşlığın mümkünlüyünü qeyd edib.

Qarşılıqlı investisiya qoyuluşları, eyni zamanda avstriyalı şirkətlərin iştirakı ilə biznes-forumun təşkilinin müzakirə olunduğu görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov və Avstriyanın ölkəmizdəki səfiri Aksel Vex də iştirak ediblər.

Sonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avstriyanın Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyi arasında anlaşma memorandumunun imzalanması, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə İşçi Qrupunun yaradılması qərara alınıb.





Baxış sayı: 52

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 İyun 2018

22 06 2018

22/06/18
Yeni standart smartfonları avtomobillər üçün açara çevirəcək

Böyük İT şirkətləri və avtomobil istehsalçılarından ibarət “Car Connectivity Consortium” (CCC) konsorsiumu 

22/06/18
“AzInTelecom” Azərbaycandakı Amerika Ticarət Palatasına üzv oldu

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC 

22/06/18
“Android” sistemi üçün təhlükəli virus aşkarlanıb

“ESET” şirkətinin mütəxəssisləri “Android” əməliyyat sistemi üçün faydalı proqramlar şəklində 

22/06/18
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin layihələri UNESCO-da təqdim olunub

Parisdə UNESCO-nun baş qərargahında “İnformasiya hamı üçün” proqramı (IFAP) üzrə Hökumətlərarası 

22/06/18
Amerikalı alimlər tərəfindən yaradılmış elektron dəri protez vasitəsilə ağrını hiss etməyə imkan verir

Cons Hopkins Universitetinin nəzdində fəaliyyət göstərən Tibb Məktəbinin alimləri tərəfindən hazırlanmış 

22/06/18
“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub

“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentyabrında təqdim edəcək.

22/06/18
“Google” şirkəti “Android”də hesabın idarə edilməsini asanlaşdırıb

“Google” şirkəti “Google Account”un yeni interfeysini təqdim edib. Artıq bütün funksiyalar “Android

22/06/18
“Microsoft” korporasiyası: “Fərdi kompüterlər virtual reallıq üçün ən yaxşı platformadır”

“Microsoft” korporasiyasının oyunlar bölməsinin marketinq üzrə direktoru Mayk Nikols “Gamesindustry