12px13px15px17px
Tarix:16/05/18

Azərbaycan nümayəndə heyəti "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və qurumlarının təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir. Nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir.
 
"TİBO-2018" sərgisində Azərbaycan da daxil olmaqla dünyanın 15 ölkəsindən 100-dən çox şirkət iştirak edir.
 
Qeyd edək ki,  Azərbaycan "TİBO-2018" sərgi-forumunda milli pavilyonla təmsil olunur.
 
Mayın 18-dək davam edəcək sərgiyə təşkil olunan VİP tur çərçivəsində Belarusun baş naziri Andrey Kobyakov və digər rəsmi şəxslər Azərbaycan Milli Pavilyonuna baş çəkib, ölkəmizin İKT sahəsində əldə etdiyi yeniliklərlə tanış olublar.
 
Məlumat üçün bildirək ki, sərgi-forum Belarus Respublikasında hər il keçirilir, informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur. 
 
 
"TİBO-2018" sərgisinin ekspozisiyasına milli informasiya infrastrukturu, informasiya-kommunikasiya xidmətləri, telekommunikasiya operatorları üçün kompleks həllər, telekommunikasiya şəbəkələrinin layihələndirilməsi və qurulması üzrə xidmətlər, rəqəmli teleradio, internet-yayımı, mobil proqramlar, sosial-mədəni sahədə informasiya texnologiyaları, geoinformasiya və naviqasiya texnologiyaları, robot texnikası kimi sahələr daxildir.
 
 Sərgi-forumunun Təşkilat Komitəsi tərəfindən gənclər arasında sahibkarlığın inkişafı, startaplara dəstək, gənclər arasında İT texnologiyalarının populyarlaşması kimi məsələlərə xüsusi diqqət ayrılıb.
 
"TİBO-2018" çərçivəsində rəqəmli bazarların transformasiyası məsələlərinin müzakirəsi məqsədi ilə Avrasiya qitəsi ölkələrinin ilk rəqəmli forumu keçirilir. Bu tədbir "Bir kəmər, bir yol" təşəbbüsü ilə həyata keçirilən layihələrə bazar və rəqabət üstünlükləri qazandıra bilər.













Baxış sayı: 1385

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






16 Avqust 2018

16/08/18
2018-ci ildə informasiya təhlükəsizliyi sahəsində xərclər 110 milyard dolları ötəcək

“Gartner” analitik şirkəti yaxın illərdə informasiya təhlükəsizliyinin təmini üçün qlobal məhsul və xidmətlər bazarı

16/08/18
Avstriyada elektrik avtomobillərinin modelini müəyyənləşdirərək onu enerji ilə dolduran robot hazırlanıb

Avstriyanın Qrats Universitetinin tədqiqatçılardan ibarət komandası “BMW”, “MAGNA Steyr Engineering”, “KEVA&r

16/08/18
Yerli startapçıların Amerikadakı akselerasiya proqramlarında iştirakına dair müzakirələr aparılıb

Amerika-Azərbaycan Ticarət Palatasının (AMCham) yeni təyin olunmuş icraçı direktoru Natiq Baxışov 

16/08/18
“Android 9.0 Pie” sistemində telefon zənglərini qeydə almaq mümkün olmayacaq

“Google” şirkəti ötən həftə “Android P” mobil əməliyyat sisteminin yekun versiyasını təqdim edib

16/08/18
Alimlər çoxqatlı elastik elektronika hazırlayıblar

Mühəndislər yumşaq və elastik "üçölçülü uzadıla bilən elektronikanın" yaradılması texnologiyasını işl

15 08 2018

15/08/18
“Samsung” dünyada 6 Qbit/s sürətə malik ilk 5G modem təqdim edib

Telekommunikasiya avadanlığı və istehlak elektronikası istehsalçıları 5G standartının bazara çıxarılmasına hazırlaşırlar

15/08/18
Robotların elektron dərisi toxunuşlara daha həssas olacaq

Alimlər tərəfindən hazırlanmış süni dəri insan dərisi ilə müqayisədə toxunuşlara daha həssasdır

15/08/18
Yeni “iPhone” modellərinin qiyməti proqnozlaşdırılıb

Ekspertlər cari ilin sentyabrında təqdimatı planlaşdırılan 3 yeni “iPhone” modelinin qiymətini proqnozlaşdırıblar

15/08/18
Ən keyfiyyətli displeyə malik smartfon bəlli olub

“DisplayMate” analitik firması ən keyfiyyətli displeyə malik smartfonun adını açıqlayıb

15/08/18
Autizmdən əziyyət çəkən uşaqlara kömək edən robot təqdim edilib

Lüksemburq universitetinin alimləri tərəfindən yaradılmış “LuxAI”  startapı “QTrobot” adlı robot təqdim edib