waplog

İlk dəfə ödəmə şərtli yeni EMS xidməti


"Azərekspresspoçt" ölkə daxilində ödəmə şərtli yeni EMS xidməti növünün tətbiqinə başlayıb. "Azərekspresspoçt" MMC-nin rəisi Eldar Tağıyev “İCTnews” elektron xəbər xidmətinə təklif olunan bu xidmət növünün mahiyyəti haqqında danışıb. O bildirib ki , əgər hər hansı firma tərəfindən Bərdə rayonuna əşya göndərilirsə,

Poçt göndərişlərinin sayı artıb


Ötən il poçt şöbələrindən qəbul edilən daxili sadə və sifarişli məktub korrespondensiyasının sayı 5 650 500 ədəd olub. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Azərpoçt” MMC-nin baş direktoru Qənbər Bəybalayev məlumat verib. Onun sözlərinə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% (228 576 ədəd) çoxdur.

Azərbaycan poçtu MDB-də birincidir


“Azərpoçt” MMC “Cricket” sistem vasitəsi ilə hal-hazırda dünyanın 138 ölkəsi ilə əməkdaşlıq edir. Müəssisədən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə,

“Azərpoçt” MMC faizləri qaldırıb


“Azərpoçt”MMC ilə “Aztelekom” İB arasında poçt şöbələrində abunəçilərdən xidmət haqlarının qəbulu və qəbzlərin çatdırılması barədə mərkəzləşdirilmiş qaydada müqavilə imzalanıb. Bundan başqa Bakı şəhər poçt şöbələri tərəfindən “ULTEL” abunəçilərindən xidmət haqlarının yığımı ilə bağlı,

Yeni poçt şöbələri istifadəyə verilib


“Azərpoçt” MMC tərəfindən Abşeron PF-də At yalı, İmişli RPF-də Allahmədətli, Saatlı PF-də Novruzlu və Samux PF-də 2 saylı, Xocalı RQ-də Xankəndi, Göygöl PF-də Balçılı, Siyəzən PF-də 1 saylı, Balakən PF-də 1 saylı poçt şöbələri, eyni zamanda, Şamaxı RPF-də 1-ci Çaylı, Şəhriyar, Quba PF-də Şuduq,

“Qapıdan-qapıya” xidməti marağa səbəb olub


"Azərpoçt" MMC-nin "Azərekspresspoçt" poçt ekspress xidmətinin tətbiq etdiyi "door-to-door" (qapıdan-qapıya) prinsipi üzrə internet-bazarlığın çatdırılması üzrə vasitəçilik xidməti ilə daha bir neçə şirkət maraqlanır. Marketinq təhlillərinə görə, xarici ölkələrin müvafiq poçt bölmələri

Daha az zamanda pul göndərişlərini əldə etmək mümkün olacaq


Hazırda Azərbaycan poçtu “STEFİ” (Secured Transfer of Electronic Financial İnformation) sisteminə qoşularaq Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və Moldova ilə mübadilə həyata keçirir. “Azərpoçt” MMC-dən verilən məlumata görə, bu sistemin daha sürətli forması üzərində işlər aparılır,

“Kontakt” sürətli pulköçürmə sistemi regionlarda da tətbiq ediləcək


“Azərpoçt” MMC bank xidmətlərini daha da genişləndirməyi qarşıya məqsəd qoyub. Bu istiqamətdə Rusiyanın “Russlavbank” bankı ilə “Azərpoçt” MMC arasında bağlanan müqaviləyə əsasən 5 poçt şöbəsində pilot olaraq həyata keçirilən “Kontakt” sürətli pulköçürmə sistemi özünü doğruldub.

Sığorta şirkətlərinin “Azərpoçt”MMC-yə marağı artıb


Daha bir neçə sığorta şirkəti "Azərpoçt" MMC ilə müqavilə imzalamağa hazırlaşır. Müəssisədən verilən məlumata görə, "Ata Sığorta" və “Atəşgah”la bağlanan müqavilənin uğurlu alınması və onların xidmətlərinin bütün region üzrə bərabər paylanması digər sığorta edənlərin marağına səbəb olub.

Naxçıvanda 70 poçt bölməsi avtomatlaşdırılıb


Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında imzalanan “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında 70 poçt bölməsinin avtomatlaşdırılması üçün kompyuterlər yerləşdirilərək rayon mərkəzlərinədək şəbəkənin qurulması başa çatdırılıb.

Şəkinin bütün poçt şöbələri bank xidməti göstərir


Regionlarda informasiya və kommunikasiya texnologiyalarının yüksək səviyyədə inkişafı bütün sahələr kimi, poçt şöbələrinin də müasir avadanlıqlarla təchiz edilməsinə şərait yaradıb. Belə ki, Şəki Telekommunikasiya Qovşağı tərəfindən bütün kənd və şəhər rabitə şəbəkəsinin optik kabellərlə təchiz edilməsi

“Azərpoçt” MMC daha iki bankla danışıqlar aparır


Aktiv bank və maliyyə xidmətlərinə başlayan “Azərpoçt” MMC əməkdaşlıq etdiyi “Citibank”, “Raiffeisenbank”, “Sberbank”, Azərbaycan Beynəlxalq Bankı, “Kapitalbank”da müxbir hesabları açılıb. Müəssisədən verilən məlumata görə, banklara və banka olmayan kredit təşkilatlarına bir sıra agent

Göyçayın kəndlərində bank xidməti göstərilir


Göyçay Regional Poçtamtı tərəfindən yüksək keyfiyyətli elektron poçt xidməti tətbiq edilir. Poçtamtın rəisi Xələf Məmmədov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, həyata keçirilən işlər nəticəsində istənilən yerə məktubların, məlumatların elektron formada göndərilməsində heç bir problem yoxdur.

Koreya Azərbaycan poçtunda monitorinqlərə başlayıb


Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzində (PDM) poçtun çeşidlənməsi işinin avtomatlaşdırılması üçün qrant ayıracaq. Bu barədə agentliyin Azərbaycan ofisinin rezident nümayəndəsi xanım Kim Eun-suk “Azərpoçt” MMC-də olarkən razılıq əldə olunub.

Xocalı Rabitə Qovşağının daha bir poçt şöbəsi tikiləcək


Goranboy rayonunda məcburi köçkünlər üçün salınan yeni qəsəbədə Xocalı Rabitə Qovşağının yeni poçt şöbəsi tikilərək qəsəbə sakinlərinin istifadəsinə veriləcək. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Xocalı Rabitə Qovşağının rəisi Cavid Əliyev bildirib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL