waplog

Bank və maliyyə xidmətləri göstərən poçt şöbələrinin sayı artır


Mərkəzi Bank 890 poçt şöbəsinə bank və maliyyə xidmətləri göstərmək üçün lisenziya verib. Bu barədə məlumat verən “Azərpoçt”MMC-nin hüquq şöbəsinin müdiri Bəhram Səfərov bildirdi ki, bu poçt şöbələrində vətəndaşlara lisenziya depozit qəbulu və kredit verilməsindən başqa digər bank xidmətləri təqdim olunur.

9 oktyabr Ümumdünya Poçt Günüdür


“Azərpoçt” MMC 9 oktyabr - Ümumdünya Poçt İttifaqının yaranmasının 137-ci ildönümü münasibəti ilə geniş tədbirlər həyata keçirir. Əlamətdar gün münasibətilə Siyəzən PF-nin Gənclik ,

Füzuli Poçtu elektron poçt xidmətinə başlayır


Elektron imzanın tətbiqi ölkəmizdə poçt rabitəsində elektron poçt xidmətinin tətbiqini rəsmən reallaşdırıb. Hələ bir neçə il öncə qeyri-leqal olaraq bu xidməti göstərən Füzuli Poçtamtı yaxın günlərdə bu xidmətin tam rəsmi olaraq icrasına başlayacaq.

Yerli bankdan poçt işçilərinə güzəşt


"Bank of Baku" Beynəlxalq Poçt Günü münasibətilə Azərbaycanın poçt işçiləri üçün güzəştli kredit kampaniyasına start verib. Kampaniyanın şərtlərinə əsasən, bank poçt sahəsində çalışan bütün ərizəçilərə istehlak (avtomobil, VİP, əmanətə bağlı kreditlər, ipoteka kreditləri istisna olmaqla) və pul kreditlərinə illik 2 faiz endirim elan edir.

Bank və maliyyə xidmətlərinə qoşulan ilk regional poçt filialı


Göyçay rayonunun Çaxırlı kəndində yeni poçt şöbəsi istifadəyə verilib. Uzun müddətdir ki, köhnə bir binada fəaliyyət göstərən kənd poct şöbəsi müasir avadanlıqlarla da təmin olunub. Burada vətəndaşlara bank və maliyyə xidmətləri göstərmək üçün kompyuterlər də qurulub.

“Azərpoçt” MMC-nin portalında işğal olunan kəndlərin poçt indeksləri yerləşdirilib


“Azərpoçt”MMC-nin portalında Ermənistan tərəfindən işğal olunmuş rayonların poçt indeksləri də yerləşdirilib.

Balakən Poçt filialında 1 saylı şəhər Poçt şöbəsi yaradıldı


Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 2009-2013-cü illər üçün dövlət proqramının icrasından irəli gələn məsələlərlə bağlı RİTN

Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş markalar seriyasını təqdim edilib. Silsiləyə 4 markadan ibarət kiçik vərəq və 2 poçt bloku daxildir. Kiçik vərəqənin markalarında Azərbaycanın dövlət himni,

“Azərpoçt” MMC daha iki məntəqədə bankomat qurdu


“Azərpoçt” MMC öz müştərilərinə POS-terminal və ATM-lər vasitəsilə xidmət göstərir. Müəssisədən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən layihənin tərkib hissəsi olaraq daha iki məntəqədə - Poçtdaşıma Mərkəzində və 4 saylı Poçt filialının 44 saylı Poçt şöbəsində müəssisəyə məxsus bankomatlar qurulub.

Yeni poçt şöbələri istifadəyə veriləcək


“Azərpoçt” MMC tərəfindən 18 Oktyabr Dövlət Müstəqilliyinin 20-ci ili münasibətilə ölkənin müxtəlif regionlarında yeni poçt şöbələri istifadəyə verilir. Müəssisədən verilən məlumatda bildirilir ki, əlamətdar gün münasibətilə hazırlanan tədbirlər planına uyğun olaraq Abşeron Poçt Filialının (PF) Saray 1 poçt şöbəsi (PŞ),

Göyçayda daha 9 poçt şöbəsi bank və maliyyə xidmətinə qoşulur


Hal-hazırda “Azərpoçt” MMC-nin 890 poçt şöbəsi bank və maliyyə xidmətləri göstərir. Bu barədə məlumat verən “Azərpoçt”MMC-nin Maliyyə xidmətləri marketinq şöbəsinin rəisi Yaşar Əhmədov bildirdi ki, yaxın günlərdə bu poçt şöbələrinin sayı bir qədər də artacaq.

Ucqar kəndlərdə də bankomatlar qurulacaq


“Azərpoçt” MMC cari ilin sonunadək respublika daxilində yeni bankomat və pos-terminallar quracaq. Müəssisədən verilən məlumata görə, bu istiqamətdə təhlillər aparılır və mütəxəssislər yerlərə ezam olunub. Aparılan təhlillər nəticəsində bankomatların və post-terminalların qurulması üçün texniki imkanlar öyrəniləcək.

“KOMİS” sisteminə qoşulan poçt şöbələrinin sayı artır


“Azərbaycanın bütün poçt şöbələrinin kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sisteminə(KOMİS) qoşulması üçün heç bir problem yoxdur”. Bu barədə “ictnews”-a açıqlama verən Mərkəzi Bankın İdarə heyətinin sədr müavini Alim Quliyev bildirdi ki, Azərbaycan Mərkəzi Bankı (AMB) il ərzində “KOMİS”

Ümumdünya Poçt İttifaqının payız sessiyası başlayır


Oktyabrın 24-də İsveçrənin paytaxtı Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Administrativ Şurasının payız sessiyası öz işinə başlayır. Administativ Şuranın üzvlüyünə 4 il müddətinə seçilən Azərbaycan ÜPİ-nin

“Azərpoçt” MMC inşa müsabiqəsinə start verdi


Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqı (ÜPİ) bütün poçt müdiriyyətlərinə məktəblilər arasında ölkənin Təhsil Nazirliyinin iştirakı ilə epistolyar inşa müsabiqəsinin keçirilməsini tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib. Həmin mövzu üzrə qalib elan edilmiş inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcəkdir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL