Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətində növbəti epistolyar inşa müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Ümumilikdə poçtun daşınması üçün bir gün ərzində 23500 kilometr məsafə qət edilir ki, bu da ekvator xəttinin yarısından çoxdur. Bir gün ərzində bu qədər məsafə qət edilir ki, ölkə ərazisinin 1500 poçt şöbəsində poçtun daşınması təmin olunsun.
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin bütün poçt şöbələri, demək olar ki, baş ofisdə yerləşən Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminə qoşulub.
Dünya Bankı Azərbaycanın milli poçt operatorunun göstərdiyi maliyyə xidmətlərinin çeşidini genişləndirmək məqsədi ilə “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsini davam etdirməyi təklif edib.
Bu gün müasir informasiya texnologiyalarının poçt sahəsində tətbiqi poçtun keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb.
Azərbaycan Ümumdünya Poçt İttifaqının Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) dünyanın 9 ölkəsinin nümayəndəsindən formalaşan Qəyyumlar Şurasına (Board of Trustees – BoT) üzv seçilib.
Hazırda Azərbaycanda poçt bazarı ölkə qanunvericiliyinə əsasən tam liberallaşıb. Bu da ölkə ərazisində 40-a yaxın özəl poçt şirkətinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) lisenziyası əsasında fəaliyyəti üçün əlverişli şərait yaradıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Ümumdünya Poçt İttifaqının (ÜPİ) ünvanlaşma üzrə “S42 standartının xüsusi Sertifikatı”na layiq görülüb.
Hollandiyanın “Guidion” şirkəti Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqi üzrə təkliflərin hazırlanması istiqamətində işləri sentyabr ayında başa çatdıracaq.
Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un işçiləri üçün maliyyə xidmətlərinin göstərilməsi üzrə treninqlər başa çatmaq üzrədir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni poçt markası çap etdirib.
Belarusun paytaxtı Minsk şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Regional Rabitə Birliyinin (RRB) birgə təşkilatçılığı ilə regional konfrans keçiriləcək.
Bakıda və regionlarda bütün mobil operatorların ödəniş haqları poçt şöbələrində əməliyyatçılar tərəfindən həyata keçirilir. Bu barədə məlumatı “Azərpoçt” MMC-nin marketinq şöbəsinin rəisi Adil Rəhmanov məlumat verib.
Azərbaycan “Bakı-2015” Avropa Oyunlarında iştirak etmək üçün Bakiya gələcək idmançıların rahatlığı üçün bütün zəruri tədbirlər həyata keçirib
“Azərpoçt” MMC tərəfindən iş yerlərinin yaradılması, poçt şöbələri üçün binaların tikilməsi, yeni poçt şöbələrinin açılması, estetik vəziyyətinin yaxşılaşdırılması, xidmət keyfiyyətinin və tezliyinin artırılması istiqamətində müəyyən işlər yerinə yetirilməkdədir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL