Tarix: 18/07/14 Vaxtından əvvəl I sinfə gedəcək xüsusi istedada malik uşaqların elektron ərizə qəbuluna başlanılır

Azərbaycan Respublikası təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeçiliyində olan məktəblərə qəbulla əlaqədar olaraq, 20 iyul 2014-cü il tarixindən elektron ərizələrin qəbuluna başlanılacaq.
Tarix: 18/07/14 “Smart Class - Ağıllı Sinif İKT Proqramı” üzrə dərslər iki ay davam edəcək

Azərbaycanda həyata keçirilən “Smart Class - Ağıllı Sinif İKT Proqramı” adlı kurs fəaliyyətini davam etdirir. Proqram Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Koreya Respublikasının “SK Telekom” şirkətinin dəstəyi, Dünya Türk Gəncləri Birliyinin və Sungşin Universitetinin əməkdaşlığı ilə ərsəyə gəlib.
Tarix: 18/07/14 Növbəti ildə informatika fənni üzrə təqdim ediləcək test tapşırıqlarında əməliyyat sistemi və tətbiqi proqramlarının yeni versiyaları əsas götürüləcək

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsi üçün informatika fənni üzrə proqram elmi- metodiki seminarın tövsiyəsi ilə yaradılmış işçi qrupu tərəfindən yenidən işlənilərək təkmilləşdirilib.
Tarix: 18/07/14 Milli Depozit Mərkəzi vahid interfeysin yaradılmasına dair kotirovka sorğusu elan edib

Azərbaycan "Milli Depozit Mərkəzi" Qapalı Səhmdar Cəmiyyəti vahid interfeysin yaradılmasına dair kotirovka sorğusu elan edib.
Tarix: 18/07/14 Real vaxt rejimində “4K/60p” formatlı videonun simsiz ötürülməsi üçün sistem yaradılıb

Tokioda (Yaponiya) keçirilən “1st Live Entertainment & Event Expo” (LIVENT) konfransında yüksək təsvir ölçülü videonun (Ultra High Definition) real vaxt rejimində simsiz rabitə ilə ötürülməsini təmin edən sistem nümayiş olunub.
Tarix: 18/07/14 2020-ci ilədək nağdsız hesablaşmaların inkişaf strategiyası hazırlanıb

Azərbaycanda 2020-ci ilədək nağdsız hesablaşmaların inkişaf strategiyası hazırlanıb. “ICTnews” xəbər xidmətinin məlumatına görə, strategiya Mərkəzi Bank (MB) tərəfindən ərsəyə gətirilib.
Tarix: 18/07/14 ABŞ istehsalçısı Oulu şəhərindəki mobil bölməsini bağlayacaq

İyulun 17-də işçi heyətinin kütləvi ixtisarını elan edən ABŞ-ın “Microsoft” korporasiyası Finlandiyanın Oulu şəhərində yerləşən mobil telefonların hazırlanması üzrə bölmənin fəaliyyətini dayandıracaq.
Tarix: 17/07/14 2019-cu ildə hər beşinci mobil rabitə abunəçisi “4G/LTE” şəbəkəsindən istifadə edəcək

“Juniper Research” şirkətinin analitikləri qarşıdakı beş ildə müasir “4G/LTE” mobil rabitə texnologiyalarının sürətlə yayılacağını proqnozlaşdırırlar.
Tarix: 17/07/14 Latviya elektron “ID” sahiblərinə səs verməyə icazə verib

Latviya hökuməti parlamentə seçkilər haqqında qanuna sonuncu düzəlişləri qəbul edib. İndi vətəndaşlar elektron şəxsiyyət vəsiqəsindən istifadə etməklə səs verə biləcəklər.
Tarix: 17/07/14 Təhsil Nazirliyinin İdarəsi İKT təchizatını yaxşılaşdırır

Azərbaycan Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi İKT təchizatını yaxşılaşdırır.
Tarix: 17/07/14 BƏƏ milli kosmik agentliyi yaradır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Kosmik Agentliyi yaratmasını bəyan edib. Ölkənin ilk layihəsi Marsa 2021-ci ildə - ərəb dövlətinin Fars körfəzində yaradılmasının 50 illiyində çatacaq kosmik aparatın buraxılmasıdır.
Tarix: 17/07/14 Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İT təminatını təkmilləşdirir

Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi İT avadanlıqlarının və xidmətlərin satınalması üzrə kotirovka sorğusu elan edib.
Tarix: 17/07/14 Ölkədə texnoparkların yaradılması işləri davam etdiriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
Tarix: 17/07/14 “Qobustan 2020” layihəsi üzrə “Smart şəbəkə” sistemi qurulacaq

Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) tərəfindən pilot layihə şəklində həyata keçirilən “Qobustan 2020” çərçivəsində “Ağıllı şəbəkə” sistemi qurulacaq.
Tarix: 17/07/14 Qurğular elektronikanın rekord satışını təmin edəcək

2014-cü ildə dünyada məişət elektronikasının satış həcmi ötən illə müqayisədə 2 faiz – 211,3 milyard dollaradək artacaq. Bu barədə İstehlak Elektronikası Assosiasiyasının (Consumer Electronics Association, CEA) hesabatında deyilir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248