Tarix: 07/05/14 Maye kristal displey ixtiraçısı dünyasını dəyişib

Dünən maye kristal texnologiyasının yaradıcısı Corc Xeylmeyer vəfat edib. Hazırda bütün monitorlar və televizorlar bu texnologiya əsasında buraxılır.
Tarix: 06/05/14 “Google Glass” smart-eynəyi “Google Wallet” elektron ödənişlər sistemini dəstəkləyəcək

“Google” internet korporasiyası “Google Glass” smart eynəyinə jest və səs əmrlərinin köməyi ilə məhsul və xidmətlərin ödənişi üçün “Google Wallet” elektron ödənişlər sisteminin tətbiqini planlaşdırır.
Tarix: 06/05/14 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar

“Gülüstan” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunmuş inşa-yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tarix: 06/05/14 “Apple”, “Google” və “Microsoft” istifadəçilərinə hesabat verəcək

“The Wall Street Journal” nəşri yazır ki, “Apple”, “Google” və “Microsoft” şirkətləri dövlət strukturları tərəfindən tələb olunan fərdi informasiya üçün sorğular haqqında istifadəçiyə məlumat verəcək.
Tarix: 06/05/14 Mikayıl Cabbarov: “Hazırda hər 18 şagirdə bir kompüter düşür”

Təhsil sisteminin informasiyalaşdırılması üzrə iki Dövlət Proqramının icrası nəticəsində 2004-cü ildə hər 1063 şagirdə bir kompüter düşürdüsə, hazırda hər 18 şagirdə bir kompüter düşür. Bundan başqa, ümumtəhsil müəssisələrinin 39 faizi artıq internet şəbəkəsinə qoşulub.
Tarix: 06/05/14 Azərbaycanda əlilliyi olan 21 nəfər kompüter istifadəçisi peşəsinə yiyələnib

Azərbaycanda əlilliyi olan 21 nəfər kompüter istifadəçisi peşəsinə yiyələnib. Bu şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ramana qəsəbəsindəki sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin ilk buraxılışıdır.
Tarix: 06/05/14 Massaçusets Texnologiya İnstitutunda yeni nanotexnologiyalar korpusu inşa edilir

2018-ci ildə Massaçusets Texnologiya İnstitutunun tələbə şəhərciyi ərazisində “MIT.nano” adlı yeni dördmərtəbəli korpusun istifadəyə verilməsi planlaşdırılır. İki min tədqiqatçının çalışması üçün nəzərdə tutulan korpusun ümumi ərazisi 18 min kvadratmetrdən çox olacaq.
Tarix: 06/05/14 Bakıda Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatı keçiriləcək

Azərbaycanda Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatı keçiriləcək. Kiber İdman Federasiyasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bu günlərdə Kompüter Oyunları üzrə 6-cı Dünya Çempionatının Bakıda təşkili ilə bağlı memorandum imzalanıb.
Tarix: 06/05/14 Linus Torvalds “Computer Pioneer” medalı ilə təltif edilib

“Linux” əməliyyat sistemi nüvəsinin yaradıcısı Linus Torvalds Beynəlxalq Kompüter Cəmiyyətinin (IEEE Computer Society) 2014-cü il üçün “Computer Pioneer Award” mükafatına layiq görülüb.
Tarix: 06/05/14 AzTU-da elmi-texniki konfrans işə başlayıb

Mayın 5-də Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin və gənc tədqiqatçıların ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Gənclər və elmi-texniki tərəqqi” mövzusunda respublika elmi-texniki konfransı öz işinə başlayıb.
Tarix: 06/05/14 “Panasonic” televizor istehsalının həcmini azaldır

Yaponiyanın elektronika istehsalçısı “Panasonic” şirkəti televizor biznesini optimallaşdırmaq və itkiləri azaltmaq məqsədilə öz müəssisələrində televizor buraxılışının həcmini azaldır.
Tarix: 06/05/14 “Apple” ABŞ-ın smartfon bazarında liderliyinə davam edir

“ComScore” şirkətinin son hesabatı ABŞ-da smartfon istehsalçıları arasında “Apple” şirkətinin liderliyini (41%) təsdiqləyib.
Tarix: 05/05/14 Azərbaycanlılar daha çox portativ kompüterdən istifadə edir

"Global Stats" statistika mərkəzinin hesabatına əsasən, Azərbaycanda bu ilin yanvar-aprel aylarında daşınan (portativ) kompüter bazarının həcmi iki dəfədən çox artıb.
Tarix: 05/05/14 “Swatch” və “Apple” üz-üzə gəliblər

“Bloomberg” agentliyi yazır ki, “Swatch” şirkətlər qrupu tədbir görür ki, “Apple” öz smart saatlarını “iWatch” adlandırmasın.
Tarix: 05/05/14 “Nokia” avtomobillər üçün mobil texnologiyalara 100 milyon dollar investisiya yatıracaq

Mobil bölməsini ABŞ-ın “Microsoft” korporasiyasına satan Finlandiyanın "Nokia” şirkəti avtomobillər üçün mobil texnologiyalar və proqram təminatına investisiya yatıracaq fond təsis edəcək. Bu barədə şirkətin məlumatında deyilir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248