Tarix: 21/04/14 Məlumat sessiyasının tarixi açıqlandı

Sabah, yəni aprelin 22-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun (İTİDF) elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində E-qrant sisteminin təqdimatı və layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyası keçiriləcək.
Tarix: 21/04/14 İsveçdə əlin içi vasitəsilə alış-veriş edə biləcəklər

İsveçdə alıcının əlinin içindəki venaların skan edilməsinin köməyi ilə kontaktsız ödəniş sistemi sınaqdan keçiriləcək.
Tarix: 21/04/14 Azərbaycanda “Azərbaycan 2020: Gələcəyə baxış. Əqli mülkiyyətin sənayenin inkişafındakı rolu” mövzusunda konfrans keçiriləcək

Azərbaycan Müəllif Hüquqları Agentliyi aprelin 26-da - Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunmuş konfrans keçirmək niyyətindədir.
Tarix: 21/04/14 Bakıda Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş onlayn konfrans keçiriləcək

Azərbaycan Müəllif Hüquqları Agentliyi 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə ölkəmizdə silsilə tədbirlər keçirmək niyyətindədir.
Tarix: 21/04/14 Rabitə qurğuları dünya mikrosxem bazarının əsas gəlir mənbəyi olacaq

“IC Insights” analitik şirkətinin proqnozuna əsasən, 2014-cü ildə rabitə qurğuları ilk dəfə olaraq mikrosxemlərin istifadə edildiyi ən böyük sahə olmaqla kompüter sistemlərini üstələyəcək.
Tarix: 21/04/14 Nazirlər Kabineti "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib

Azərbaycan Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib.
Tarix: 21/04/14 Azərbaycanın İT şirkəti Qırğızıstanın Dövlət Vergi Xidmətini avtomatlaşdırdı

Qırğızıstanın paytaxtı Bişkekdə Qırğızıstanın Dövlət Vergi Xidmətinin (DVX) avtomatlaşdırılmış sisteminin tətbiqinin nəticələri üzrə beynəlxalq konfrans təşkil edilib. Asiya bankı tərəfindən maliyyələşdirilən bu layihə Azərbaycanın “SİNAM” şirkəti tərəfindən həyata keçirilib.
Tarix: 21/04/14 “LG” üç həftəyə min “UHD” formatlı televizor satıb

İstehlak elektronikasının aparıcı istehsalçılarından biri "LG Electronics” şirkəti yüksək təsvir ölçüsünə (UHD və ya 4K) malik televizorların satışa çıxarıldığı ilk gündən təxminən 900 belə qurğu satmasını elan edib.
Tarix: 21/04/14 “Nokia” brendi tarixə qovuşur?

“Microsoft” korporasiyası bir çox insanın sevimlisi və tanınmış “Nokia” mobil brendindən imtina edib. Belə ki, proqram təminatı nəhəngi smartfon istehsalçısını “Microsoft Mobile” adlandıracaq.
Tarix: 21/04/14 İlk dəfə olaraq AMEA tərəfindən məktəblilər üçün İnformatika olimpiadası keçirilib
_300.jpg)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə olimpiada keçirilib.
Tarix: 21/04/14 Azərbaycanlı sahibkarlar və işgüzar dairələr Beynəlxalq Texnoloji İnkişaf Forumunda iştirak edəcəklər

2014-cü ilin 5-6 iyun tarixlərində Rusiya Federasiyasının Novosibirsk şəhərində “Texnoprom-2014” II Beynəlxalq Texnoloji İnkişaf Forumu keçiriləcək.
Tarix: 21/04/14 “HTC” şirkəti “Samsung Galaxy” brendinin yaradıcısını işə götürüb

“HTC” şirkəti öz “Android” məhsullarının təkmilləşdirilməsi üçün 2008-2012-ci illərdə “Samsung”un marketinq üzrə keçmiş direktoru olmuş Pol Qoldeni işə götürüb. Reklamçı “Galaxy” brendini hazırlayıb və olduqca uğurlu “The Next Big Thing” kampaniyasını keçirib.
Tarix: 21/04/14 “Apple” şirkətinin keçmiş rəhbəri Hindistan üçün smartfon hazırlayır

“Apple” şirkətinin keçmiş baş direktoru ConSkalli Hindistan sakinləri üçün öz mobil platformasını işə salmağı planlaşdırır. Skalli deyib ki, platforma müasir texnologiya və bank xidmətlərinə çıxışa malik olmayan Hindistan sakinləri üçün nəzərdə tutulub.
Tarix: 19/04/14 Fondda layihələrin təqdim olunması qaydaları ilə əlaqədar məlumat sessiyaları təşkil olunur

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi 1-ci qrant müsabiqəsində iştirak etmək üçün layihələrin qəbulu davam edir. Layihələri Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) E-qrant bölməsindən təqdim etmək mümkündür.
Tarix: 19/04/14 “Startup Weekend” öz işinə başlayıb

Dünən Bakıda qlobal formatlı “Startup Weekend” tədbiri öz işinə başladı.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248