Tarix: 28/03/14 2018-ci ildə dünyada maliyyə şirkətlərinin İT büdcəsi 100 milyard dollara çatacaq

2018-ci ildə maliyyə sektorunda İT xərcləri 100 milyard dollara çatacaq. Bu barədə “Ovum” şirkətinin tədqiqatında deyilir.
Tarix: 28/03/14 Startap layihələrinin müəllif hüquqları qorunacaq

Azərbaycan Müəllif Hüquqları Agentliyi İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna təqdim edilən startap layihələrinin müəllif hüquqlarını təmin etməyə hazır olduğunu bildirib.
Tarix: 28/03/14 Yeni “iPhone” modellərinin çıxış tarixi bəlli olub

Tədarük kanallarına istinad edən Yaponiyanın “Nikkei” işgüzar qəzeti yazır ki, “Apple” sentyabrda iki yeni “iPhone” modeli təqdim etməyə hazırlaşır. Yeni aparatlarda ekranların diaqonalı artırılaraq müvafiq olaraq 4,7 və 5,5 düym təşkil edəcək.
Tarix: 28/03/14 “Azərkosmos” Yaxın Şərq və Afrika bazarlarında müştəri bazası yaradır

ASC “Azərkosmos” bu ilin birinci yarısında Yerin məsafədən müşahidəsi üçün nəzərdə tutulmuş aşağıorbitli peykin istehsalçısı ilə müqavilə imzalamaq niyyətindədir.
Tarix: 28/03/14 Azərbaycanın Yüksək Texnologiyalar Parkının beynəlxalq əlaqələri genişlənir

Fransanın Nissa şəhərində Azərbaycanın “Yüksək Texnologiyalar Parkı - “YT Park” MMC və Avropada ən qədim və nüfuzlu texnoparklardan sayılan “Sofiya Antipolis” Texnoparkı arasında strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb.
Tarix: 28/03/14 Yaponiya yeni nəsil superkompüter yaradacaq

Yaponiyanın Riken elmi tədqiqat institutu yeni nəsil superkompüter yaratmaq fikrindədir. O, "Key" adlanan mövcud superkompüterdən 100 dəfə daha güclü olacaq.
Tarix: 28/03/14 Dünyada ilk “Cybathlon” 2016-cı ilin oktyabrında İsveçrədə keçiriləcək

2016-cı ilin oktyabrında İsveçrədə dünyada ilk “Cybathlon” (bionik atletlər arasında Olimpiya oyunları) keçiriləcək.
Tarix: 27/03/14 “Ultel” şirkəti statik IP-ünvanların aylıq istifadə tarifini artırır

Azərbaycanın aparıcı internet provayderlərindən biri olan “Ultel” şirkəti aprelin 1-dən etibarən statik IP-ünvanların aylıq istifadə tarifini artırır.
Tarix: 27/03/14 “Microsoft” korporasiyası “MS-DOS” və “Word for Windows”un kodunu Kompüter Tarixi Muzeyinə təqdim edib

“Microsoft” korporasiyası “MS-DOS” (1.1 və 2.0) və “Word for Windows” (1.1a) proqram təminatlarının birinci versiyalarının çıxış kodunu Kompüter Tarixi Muzeyinə təqdim edib.
Tarix: 27/03/14 Bakının 5 rayonunun daşınmaz əmlaka dair rəqəmsal kadastr xəritəsi tərtib olunacaq

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi Bakı şəhərinin Binəqədi, Qaradağ, Pirallahı, Nizami və Xətai rayonları üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi işlərinin satın alınması ilə bağlı açıq tender keçirir.
Tarix: 27/03/14 “Facebook” və “Tesla Motors” süni intellektin inkişafına 40 milyon dollar sərmayə yatırır

“The Wall Street Journal” nəşri yazıb ki, “Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberq “Tesla Motors” şirkətinin direktoru Elon Mask ilə birgə süni intellekt texnologiyasının hazırlanması ilə məşğul olan “Vicarious” şirkətinə 40 milyon dollar məbləğində sərmayə yatırıblar.
Tarix: 27/03/14 “Apple” 500 milyonuncu “iPhone” smartfonunu satıb

2014-cü ilin mart ayı “Apple” üçün əlamətdar olub. “Forbes” nəşrinin məlumatına görə, mart ayında “Apple” korporasiyası 500 milyonuncu “iPhone” smartfonunu satıb.
Tarix: 27/03/14 AMİU-da “Active Directory Real LAB” seminarı keçiriləcək

Aprelin 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Active Directory Real LAB” seminarı təşkil olunacaq.
Tarix: 27/03/14 Azərbaycanlı alimlər “xam məlumatlar”ın bioinformatik və biostatistik üsullarla analizini öyrənmək məqsədilə Fransada tədqiqatlar aparıblar
_300.jpg)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunun gənc alimləri Fransada Gələcək Nəsil Sekvenseri vasitəsilə bitki orqanizmlərinin bütöv genomlarının nukleotid ardıcıllıqlarının oxunması nəticəsində əldə olunan “xam məlumatlar”ın bioinformatik və biostatistik üsullarla analizini öyrənmək məqsədilə tədqiqatlar aparıblar.
Tarix: 27/03/14 Ağ Ev “BlackBerry” smartfonlarını “Android” sistemli qurğularla əvəzləyə bilər

Ağ Ev “Samsung” və “LG” şirkətlərinin istehsalı olan smartfonları sınaqdan keçirir. Məlum olduğu kimi, ABŞ prezidenti rabitə əlaqəsi üçün məxfilik xüsusiyyətlərinə və telefon siqnalının şifrlənməsi üsullarına görə yüksək tələblərə cavab verən Kanadanın “BlackBerry” şirkətinin eyniadlı modifikasiya edilmiş smartfonlarından istifadə edir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248