Tarix: 05/03/14 Sumqayıt Texnologiyalar Parkında “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin təqdimat mərasimi keçirilib

Sumqayıt Texnologiyalar Parkında (STP) “Sənaye məhsullarının standartlaşdırılması üzrə” Texniki Komitənin təqdimat mərasimi keçirilib.
Tarix: 05/03/14 “Şagird-Məzun” sistemi peşə liseylərinin cari il məzunlarının da işini asanlaşdırıb

Peşə liseylərinin cari il məzunları üçün 2014-cü il mart ayının 16-da keçiriləcək buraxılış imtahanlarında iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni “Şagird-Məzun” sisteminə daxil olub çap edə bilərlər.
Tarix: 05/03/14 “4K” texnologiyası müşahidə kameralarında tətbiq ediləcək

2015-ci ilədək “Sony” şirkəti istehsal etdiyi müşahidə kameralarında “4K” texnologiyasının tətbiqini planlaşdırır.
Tarix: 05/03/14 Alimlər kosmosdan enerji almağı təklif ediblər

Harvard Universitetinin fizikləri elektrik enerjisini Yer kürəsinin istiliyini kosmosa infraqırmızı şüalandırma ilə əldə etməyi təklif ediblər. “Proceedings of the National Academy of Sciences” məqaləsində alimlər bu üsulla əldə olunacaq enerjinin həcmini hesablayaraq onu toplaya biləcək iki növ qurğu təklif ediblər.
Tarix: 05/03/14 “Sony”: “PS4” oyun konsollarının satış həcmi 6 milyonu ötüb

Yaponiyanın “Sony” şirkəti açıqlayıb ki, cari ilin mart ayının 2-nə olan vəziyyətə görə yeni “Playstation 4” oyun konsolunun satış həcmi 6 milyon təşkil edib. Bu göstərici cari maliyyə ili üzrə daha əvvəl elan edilmiş proqnozu ötüb.
Tarix: 05/03/14 Metropolitenin rəsmi internet resursu yenilənir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 289 nömrəli Sərəncamına uyğun olaraq, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Tarix: 05/03/14 “Apple”ın maliyyə direktoru şirkətdən gedir

ABŞ-ın “Apple” şirkətinin maliyyə direktoru Piter Oppenqeymer cari ilin sentyabrında təqaüdə çıxacaq. Bu haqda korporasiyanın rəsmi saytında yazılıb.
Tarix: 05/03/14 Mobil operatorların reklam məsələləri parlamentdə müzakirə olundu

Azərbaycanda fəaliyyət göstərən mobil operatorların reklam məsələləri parlamentdə müzakirə edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, deputatlar operatorların reklam SMS-ləri ilə bağlı fikirlərini bildiriblər. Millət vəkilləri abunəçilərin hüquqlarının pozulması ilə bağlı narahatlıqlarını ifadə ediblər.
Tarix: 05/03/14 2013-cü ildə fərdi kompüter bazarının həcmi azalıb

“IDC” şirkətinin məlumatına əsasən, ötən il qlobal fərdi kompüter tədarüklərinin həcmi 9,8 faiz azalıb, halbuki 2014-cü ildə nəzərəçarpacaq dərəcədə azalma gözlənilir.
Tarix: 04/03/14 4 il sonra operatorlar rouminqdən 8% gəlir əldə edəcəklər

“Juniper Research” analitiklərinin gəldiyi nəticəyə əsasən, rouminq tariflərinin ucuzlaşması operatorların bu xidmətdən əldə etdiyi gəlirlərin artmasının əsas səbəblərindən biridir.
Tarix: 04/03/14 Dubayda 160 min nəfərlik “ağıllı” şəhər inşa ediləcək

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) özünü enerji və digər resurslarla tam təmin edən “ağıllı” şəhər tikiləcək. Bu barədə “Arabian Business” nəşri məlumat verib.
Tarix: 04/03/14 Bakıda “Windows”un yeni versiyalarına miqrasiya” mövzusunda seminar keçirilib

Bu gün “VmWare”, “Cisco” və “Softline” şirkətlərinin təşkilatçılığı ilə Bakıda “İş yerlərinin virtuallaşdırılması və “Windows”un yeni versiyalarına miqrasiya” mövzusunda seminar keçirilib.
Tarix: 04/03/14 Azərbaycanda offlayn şəkildə göstərilən bütün dövlət xidmətlərinin reyestrinin hazırlanması təklif edilib

Azərbaycanda onlayn şəffaflığı təmin etmək məqsədi ilə offlayn şəkildə göstərilən bütün dövlət xidmətlərinin reyestrinin hazırlanması təklif edilib.
Tarix: 04/03/14 Azərbaycanda informasiya açıqlığı səviyyəsi son bir ildə 6% artıb

“Multimedia” Mərkəzi tərəfindən “Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı” mövzusunda “dəyirmi masa” keçirilib.
Tarix: 04/03/14 Bu ilin yanvarında çip bazarında rekord qeydə alınıb

Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) 2014-cü il yanvar ayının nəticəsinə görə dünya çip bazarının həcmini 26.3 milyard dollar məbləğində qiymətləndirib. Ötən ilin müvafiq ayı ilə müqayisədə mikrosxem satışlarının həcmi 8,8% artıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248