Tarix: 18/11/13 Cenevrədə Beynəlxalq Telekommunikasiya İttifaqının “Fövqəladə yayım” üzrə seminarı keçiriləcək

Noyabrın 21-də Cenevrədə BMT-nin informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “Fövqəladə yayım” üzrə seminarı keçiriləcək.
Tarix: 18/11/13 “Apple” məhsul istehsalında “3D” vizuallaşdırma sistemindən istifadə edəcək

“Apple” şirkəti İsrailin “PrimeSense” “3D” vizuallaşdırma sistemi tərtibatçısını 345 milyon dollara satın alıb. Bu barədə “Reuters” agentliyi İsrailin “Calcalist” nəşrinə istinadən məlumat verib.
Tarix: 16/11/13 Bu il ölkədə mobil telefon rabitəsindən əldə olunan gəlir 740 milyon manatı ötüb

Azərbaycan Dövlət Statistika Komitəsi 2013-cü ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.
Tarix: 15/11/13 Azərbaycanda 724 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyin edilib

Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatı sisteminin tətbiq olunduğu 4 ay ərzində 724 nəfərə bu sistem vasitəsilə pensiya təyin edilib. Cari ilin 11 iyul tarixindən etibarən Azərbaycanda beynəlxalq praktikada ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb.
Tarix: 15/11/13 2014-cü ildə “Ultra HD” formatlı televiziya panellərinin tədarükü 10 dəfə artacaq

Televiziya bazarı mütəxəssislərinin proqnozlarına əsasən, 2014-cü ildə yüksək təsvir ölçüsünə malik televiziya panellərinin (Ultra HD) tədarük həcmi 26 milyon ədədi ötə bilər, həmçinin 2013-cü ildə bu göstəricinin 2,7 milyon ədəd səviyyəsində olacağı gözlənilir.
Tarix: 15/11/13 “LTE” şəbəkələri dünyada 1240 abunəçi qurğusunu dəstəkləyir

Dünyada 1240 abunəçi qurğusu “LTE” şəbəkəsini dəstəkləyir ki, bunun da 680-i son ildə təqdim olunub. Bu barədə GSM Assosiasiyasının (GSMA) hesabatında deyilir.
Tarix: 15/11/13 Akif Əlizadə: “Dövlət ölkədə elmin innovativ inkişafına və beynəlxalq elmi cəmiyyətə inteqrasiyasına böyük qayğı göstərir”

Dövlət ölkədə elmin innovativ inkişafına və beynəlxalq elmi cəmiyyətə inteqrasiyasına böyük qayğı göstərir. Bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimovla görüşündə bildirib.
Tarix: 15/11/13 “Intel” pərakəndə satış mağazaları şəbəkəsi açır

Noyabrın 23-də Nyu-Yorkda “Intel” şirkətinin "Intel Experience Store” adlı ilk pərakəndə satış mağazası açıldıqdan sonra daha bir neçə ticarət mərkəzinin açılması nəzərdə tutulur. Bu barədə şirkətin məlumatında deyilir.
Tarix: 15/11/13 “BEST Solutions” şirkəti “Bakutel 2013” sərgisində yeni platforma təqdim edəcək

“BEST Solutions” şirkəti “Bakutel 2013” sərgisində sənəd mübadiləsi informasiya mühiti platformasını təqdim edəcək.
Tarix: 14/11/13 “Lenovo” ilk dəfə 3 nəhəng smartfon istehsalçısı sırasına daxil olub

Smartfonlar bazarında “Samsung Electronics” şirkəti “Apple” ilə arasında olan fərqi artırıb, Çinin “Lenovo” şirkəti isə yerli region sayəsində ilk dəfə 3 nəhəng smartfon istehsalçısı sırasına daxil olmağa nail olub. Bu barədə “Gartner” analitik şirkətinin mobil telefonlar bazarı üzrə hazırladığı yeni hesabatda deyilir.
Tarix: 14/11/13 Azərbaycanda “ASAN Parkinq” innovasiya mobil parketmə sistemi tətbiq ediləcək

Azərbaycanda fəaliyyət göstərən “BEST Solutions” şirkəti ölkədə “ASAN Parkinq” innovasiya mobil parketmə sisteminin tətbiqi layihəsi üzərində işləyir.
Tarix: 14/11/13 “Samsung” gələcək planlarını açıqlayıb

Cənubi Koreyanın "Samsung Electronics” şirkəti “Samsung Analyst Day” adlı konfrans keçirərək cari ildə əldə etdiyi uğurları səsləndirib, 2014-2015-ci illər üçün inkişaf planlarını açıqlayıb.
Tarix: 14/11/13 Azərbaycanda ilk dəfə “UnionPay” plastik kartlarının emissiyasına başlanır

Azərbaycan Beynəlxalq Bankı dünyanın aparıcı ödəniş sistemlərindən biri olan “UnionPay International” şirkəti ilə tərəfdaşlıq haqda müqavilə imzalayıb.
Tarix: 14/11/13 AzTU-da texnologiyaların ötürülməsinə dair beynəlxalq treninqlərə start verilib

Noyabrın 13-də Azərbaycan Texniki Universitetində texnologiyaların ötürülməsi üzrə beynəlxalq treninqlər başlayıb.
Tarix: 14/11/13 “HP” və “Google” şirkətləri “Chromebook 11” leptoplarının satışlarını dayandırıblar

“Google” və “Hewlett-Packard” şirkətləri “Chromebook 11” leptoplarının satışlarını, istifadəçilərin enerjidoldurma zamanı onların hədindən artıq qızmasını bildirdikdən sonra dayandırıblar.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248