Tarix: 17/10/13 Yeni “Nar” nömrəsi alın, dərhal 100 MB hədiyyə paketi qazanın!

Mobil cihazlar vasitəsilə internetdən istifadə artıq gündəlik həyatın bir hissəsi hesab olunur. İstifadə həcminə görə mobil internet mobil zəng və SMS rabitəsi ilə rəqabət apara bilir, hətta bəzi hallarda onları üstələyir.
Tarix: 17/10/13 “Microsoft Azerbaijan” və “AFB Bank” əməkdaşlığa dair saziş imzalayıb

“Microsoft Azerbaijan” şirkəti ilə “AFB Bank” arasında “Microsoft Open Value” proqramı çərçivəsində əməkdaşlığa dair saziş imzalanıb.
Tarix: 17/10/13 Cobs tərəfindən yığılmış “Apple1” kompüteri hərraca çıxarılacaq

Bu ilin noyabrında hərraclardan birinə “Apple1” kompüteri çıxarılacaq. Qeyd edək ki, onun quraşdırılmasında şəxsən Stiv Cobs iştirak edib.
Tarix: 17/10/13 Azərbaycanda informasiya və rabitə xidmətlərində əlavə dəyərin həcmi artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 42,7 milyard manata çatmış, onun əhalinin hər nəfərinə düşən həcmi 4,1 faiz artaraq 4606,7 manat (5871,4 ABŞ dolları) təşkil edib.
Tarix: 17/10/13 “Elektron hökumət” portalına daşınmaz əmlakla bağlı 8 yeni elektron xidmət inteqrasiya edilib

“Elektron hökumət” portalına daşınmaz əmlakla bağlı yeni elektron xidmətlər inteqrasiya edilib.
Tarix: 17/10/13 Yeni “iPad” planşetinin nümayiş tarixi açıqlanıb

“All Things Digital” nəşri bildirir ki, “Apple” şirkəti növbəti nümayişi üçün jurnalistlərə dəvətlər göndərib. Tədbir oktyabrın 22-də San-Fransisko şəhərində baş tutacaq və yerli vaxtla səhər saat 10:00-da öz işinə başlayacaq.
Tarix: 17/10/13 “Samsung Galaxy S4” avqustda dünyanın ən çox satılan smartfonu olub

“Counterpoint Technology Market Research” analitik şirkətinin məlumatına görə, cari il avqustun yekununa görə, “Samsung Galaxy S4” dünyanın ən çox satılan smartfonu olub. Belə ki, yay fəslinin son ayında təxminən 5 milyon qurğu satılıb ki, bu da ötən ayla müqayisədə azdır.
Tarix: 17/10/13 Azərbaycan radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsi məsələlərinin müzakirəsində təmsil olunub

Azərbaycan nümayəndəsi Regional Rabitə Birliyinin (RRB) radiotezlik spektrinin və peyk orbitlərinin istifadəsi üzrə komissiyasının Astanada keçirilən 4-cü iclasında iştirak edib.
Tarix: 17/10/13 Azərbaycan elektron ticarətin beynəlxalq səviyyədə inkişaf etdirilməsi məsələlərini müzakirə edib

Azərbaycan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin mal və xidmətlərinin milli bazarlarda yeridilməsi üçün Dövlətlərarası şəbəkənin inkişafı üzrə İşçi Qrupun 2-ci iclasında və “Dünya ticarətində qlobal təchizat xətti (GTX) şirkətlərə GTX-yə daxil olmaqda necə kömək etməli” mövzusunda konfransda iştirak edib.
Tarix: 17/10/13 “Siemens Enterprise Communications” adını dəyişir

“Siemens Enterprise Communications” şirkətin adının “Unify” ilə əvəzlənməsini bəyan edib. Şirkət nümayəndələrinin bildirdiyinə görə, yeni ad şirkətin biznes istifadəçiləri üçün unifikasiya edilmiş kommunikasiya sistemləri ilə daha fəal məşğul olmaq niyyətini özündə ifadə edir.
Tarix: 17/10/13 “Bakcell” brendli smartfonlar təqdim edildi

Ölkənin paytaxt və xüsusilə də bölgələrində yüksək keyfiyyətli mobil internet istifadəçilərinin sayını artırmaq məqsədilə “Bakcell” şirkəti özünün brend tərtibatlı smartfonlarını təklif edən eksklüziv kampaniyasına start verib.
Tarix: 14/10/13 Smartfon bazarında geriləmə gözlənilir

Analitiklər ilin əvvəlindən xəbərdarlıq edirlər ki, smartfon bazarı tədricən doyma nöqtəsinə yaxınlaşır.
Tarix: 14/10/13 Məlumatları milyon il saxlaya bilən sərt disk yaradılıb

Hazırda məlumatların saxlanılması üçün həllər sahəsində əsas mühəndislik fikri özündə daha çox informasiya saxlayan məlumatların saxlanılması qurğularına cəmlənib.
Tarix: 14/10/13 Azərbaycanda sığorta şəhadətnamələrinin onlayn satışı reallaşdırıldı

Azərbaycanda sığorta şəhadətnamələrinin satışı da elektronlaşdırılıb. Belə ki, müştəri xidmətlərinin keyfiyyətini artırmaq və müştərilərin rahatlığı, həmçinin müasir sığorta xidmətləri bazarının tələblərinə cavab vermək məqsədilə “Atəşgah” sığorta şirkəti daha müasir, aydın interfeys və sadə naviqasiya, həmçinin sığorta şəhadətnamələrinin onlayn satışı kimi rahat xidmət təqdim edən yeni korporativ saytını istifadəyə verib.
Tarix: 14/10/13 “Microsoft” korporasiyası “MSN Australia” layihəsini tərk edir

“Microsoft” korporasiyası “MSN Australia” portalının inkişafı və dəstəklənməsi ilə məşğul olan “Mi9” şirkətindəki payını satıb. Əvvəllər “Ninemsn” adı ilə tanınan və 1997-ci ildə Ceyms Paker tərəfindən təsis olunan “Mi9” şirkəti də Avstraliyanın pulsuz efir kanalını dəstəkləyir.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248