Tarix: 14/05/13 ABŞ-da iri energetika şirkətlərinin kompüter şəbəkələrinə haker hücumlarının sayı artıb

ABŞ-da iri energetika şirkətlərinin kompüter şəbəkələrinə qarşı həyata keçirilmiş haker hücumlarının sayı artıb. Kibertəhlükələrin mənbəyi, güman ki, Yaxın Şərqdə yerləşir, hərçənd dəqiq təyin etmək mümkün olmayıb, “Nyu-York tayms” qəzeti yazıb.
Tarix: 13/05/13 Qazaxıstan üçüncü peykini orbitə göndərməyə hazırlaşır

Qazaxıstan 2014-cü ildə üçüncü peyki orbitə göndərəcək. Bu peyk ödənişli əsaslarla Qırğızıstan, Türkmənistan, Rusiya və Özbəkistana telekommunikasiya xidmətləri göstərəcək.
Tarix: 13/05/13 Ölkəmizin iqtisadi və elmi cəhətdən beynəlxalq kosmik məkana inteqrasiyası sürətlənəcək

Azərbaycanın BMT-nin “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” müqaviləsinə qoşulması barədə qanun layihəsi Milli Məclisdə qəbul edilib və prezident tərəfindən təsdiqlənib.
Tarix: 13/05/13 Virtual valyuta ilə işləyən startuplar investorların diqqətini cəlb edir

“Bitcoin” şəbəkə virtual valyutası ilə işləyən startuplar investorların diqqətini cəlb edirlər, baxmayaraq ki, “Bitcoin” valyutası maliyyə manipulyasiyaları üçün istifadə edilir və maliyyə alverçilərinin təsirinə meyillidir.
Tarix: 13/05/13 2013-cü ildə “Microsoft” daha çox qazanacaq

“Digital Trends” nəşri yazıb ki, 2013-cü ildə “Microsoft” şirkətinin “Android” platformasından əldə etdiyi gəlirin həcmi 3,4 milyard dollar təşkil edə bilər.
Tarix: 13/05/13 “AtaTexnologiya” İKT ilə bağlı yazılı inşa müsabiqəsi elan edib

“AtaTexnologiya” MMC tələbələr arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində yazılı inşa müsabiqəsini elan edir. Müsabiqə mayın 15-dən iyunun 15-nə qədər davam edəcəkdir.
Tarix: 13/05/13 Azərbaycan regionlarının “DVB-T2” rəqəmli yayım formatına keçid vaxtı məlum olub

Azərbaycanın ilk kabel televiziya operatoru “B&B TV” şirkəti ölkə regionlarının “DVB-T2” rəqəmli yayım formatına keçidinin vaxtını bildirib. Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, Azərbaycanın regionlarının “DVB-T2” rəqəmli yayım formatına keçidi üzrə işlər gələn ildən başlanılacaq.
Tarix: 13/05/13 Zaqatalada regional elmi-praktik konfrans keçirilib

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr edilmiş “Əlavə təhsildə yeni model və mexanizmlərin tətbiqində informasiya -kommunikasiya texnologiyalarından istifadə” mövzusunda regional elmi - praktik konfrans keçirilib.
Tarix: 13/05/13 TQDK: “İnternetlə ərizə qəbulu mayın 15-də başa çatır

2013/2014-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır.
Tarix: 13/05/13 Seçki informasiyasının MSK-ya ötürülməsi şəbəkəsinin konfiqurasiyası üzrə təkliflər hazırlanır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən Seçki dairə və məntəqələrindən (o cümlədən veb-kameralardan) informasiyanın Mərkəzi Seçki Komissiyasına ötürülməsi şəbəkəsinin konfiqurasiyası üzrə təkliflər hazırlanır.
Tarix: 13/05/13 “Panasonic” özünə gələ bilmir

Yaponiyanın elektronika istehsalçısı “Panasonic” şirkəti maliyyə ilini zərərlə başa vurub.
Tarix: 13/05/13 E-sənəd dövriyyəsi üzrə milli infrastruktur hazırlanır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən «E-hökumət» verilənlər mərkəzi (data-center) və e-sənəd dövriyyəsi üzrə milli infrastruktur hazırlanır.
Tarix: 13/05/13 Bakıda İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 7-ci Beynəlxalq Konfrans keçiriləcək

Bakı şəhərində 9-11 oktyabr tarixlərində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 7-ci Beynəlxalq Konfrans (AICT-2013) keçiriləcək.
Tarix: 13/05/13 Dövlət Komissiyası elektron sorğuların statistikasını açıqlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya aprel ayı ərzində elektron poçt ünvanına daxil olan sorğuların statistikası və məzmununu açıqlayıb.
Tarix: 13/05/13 “Samsung” 2020-ci ilədək “5G” texnologiyasını dəstəkləyən avadanlıq istehsal edəcək

Koreyanın “Samsung Electronics” şirkəti beşinci nəsil şəbəkələr (5G) üçün əsas texnologiyalar dəstini hazırladığını bəyan edib.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248