Tarix: 28/03/13 Ən yaxşı fərdi kompüter istehsalçılarının reytinqi tərtib edilib

“Tempkin Group”un analitiklərinin 10 mindən çox amerikalı istehlakçı arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, “Apple” və “HP” şirkətlərinin kompüterləri “ən yaxşı” elan edilib. Şirkətlərin məhsullarının qiymətləndirilməsində üç meyar (fərdi kompüterin funksionallığı, iş prosesində rahatlıq və emosional komponentlər) əsas götürülüb.
Tarix: 28/03/13 Sloveniyanın Lyubyana Universitetinin professoru İnformasiya Texnologiyaları İnstitutunda olub

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda Lyubyana Universitetinin (Sloveniya) kompüter və informatika elmləri fakültəsinin professoru İvan Bratko ilə görüş keçirilib.
Tarix: 28/03/13 Pan Gi Mun: «Yeni texnologiyalar gənclərin inkişafı üçün vacib şərtdir»

Nyu-Yorkda, BMT-nin qərargahında İqtisadi və Sosial Şuranın iclası çərçivəsində gənclərin forumu keçirilib. “ICTnews” elektron xəbər xidməti bildirir ki, tədbir iştirakçılarına müraciət edən BMT-nin Baş katibi Pan Gi Mun qeyd edib ki, təhsillə əlaqəli olan, təhsilə əli çatan gənc nəsil müasir texnologiyalar və müasir problemlərin həllində iştirak edə bilər.
Tarix: 27/03/13 “Sony” şirkətində struktur dəyişikliyi Azərbaycan bazarına necə təsir etdi?

Son zamanlar “Sony” şirkətində bir sıra ciddi struktur dəyişikliyi baş verdi. Belə ki, “Sony” şirkəti uzun müddət tərəfdaşlıq etdiyi “Ericsson” və digər iflasa uğramış şirkətlərlə əməkdaşlığını dayandırdıqdan sonra mobil telefon bazarına sırf yapon markası olan “Sony” brendini tam fərqli və yeni formada öz müştərilərinə təqdim etdi.
Tarix: 27/03/13 Azərbaycanda artıq elektron imzanı “ASAN xidmət” mərkəzindən almaq mümkündür

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinin xidmət çeşidi genişlənməkdə davam edir.
Tarix: 27/03/13 Milli “StartUplar”ın qeydiyyatına başlanıb

“StartUp Azərbaycan” Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda “StartUp Azərbaycan” çərçivəsində görülən işlər, həyata keçiriləcək tədbirlərin qrafiki və yaxın günlərdə keçiriləcək konfransa hazırlıq məsələləri müzakirə olunub.
Tarix: 27/03/13 2017-ci ilədək internetə qoşulmuş “ağıllı” qurğuların satış həcmi 2 milyardı ötəcək

“IDC” analitik şirkəti internetə qoşulmuş qurğuların bazarı üzrə proqnoz verib. Proqnoz masaüstü və yığcam kompüter, planşet, həmçinin smartfon seqmentini əhatə edir.
Tarix: 27/03/13 Azərbaycan Dövlət Miqrasiya Xidməti aprelin 1-dək əcnəbilərin yaşadıqları yer üzrə elektron qeydiyyatı təşkil etməlidir

Azərbaycan Dövlət Miqrasiya Xidməti aprelin 1-dək rəsmi internet informasiya ehtiyatında əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anket blanklarının elektron formasının yerləşdirilməsini təmin etməli və qeydiyyata alınmaq üçün tələb olunan sənədlərin elektron formada qəbul edilməsini təşkil etməlidir.
Tarix: 27/03/13 “StartUp Azərbaycan” layihəsi çərçivəsində ilk konfrans apreldə keçiriləcək

“StartUp Azərbaycan” tərəfindən aprelin əvvəlində “İnternet-biznes üçün investisiya mühiti və investisiya imkanları” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulub.
Tarix: 27/03/13 Azərbaycanda e-hökumət quruculuğu və onun tətbiqi ilə bağlı dünya təcrübəsi müzakirə ediləcək

Cari ilin 6-7 may tarixlərində Qəbələ şəhərində gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə V Beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfrans “E-hökumət: gömrük sahəsində innovasiyalar” mövzusunda təşkil olunur.
Tarix: 27/03/13 Server bazarında artım qeydə alınıb

“IDC” analitik şirkətinin məlumatına əsasən, 2012-ci ildə məhsuldar server sistemləri (HPC) seqmentində gəlir 7,7% artaraq 11,1 milyard ABŞ dolları təşkil edib.
Tarix: 27/03/13 Ən populyar mobil brend hansıdır?

“J.D. Power and Associates” tədqiqat agentliyi müasir istehlakçıların tələblərinə cavab verən populyar mobil ticarət markalarının növbəti reytinqini dərc edib.
Tarix: 27/03/13 Avropa İttifaqı “iPhone” ilə bağlı araşdırmaya başlamaq niyyətindədir

Avropa İttifaqının nəzarət təsisatları “Apple” şirkətinin mobil rabitə operatorları ilə bağladığı sazişlərin antiinhisar qanunvericiliyinə nə dərəcədə uyğun olduğunu araşdırır. “ICTnews” elektron xəbər xidməti “Electronista” nəşrinə istinadən məlumat verir ki, bir neçə operator, bu sazişlərin rəqabət azadlığını məhdudlaşdırdığı ilə bağlı şikayət edib.
Tarix: 27/03/13 2014-cü ilədək “LTE” abunəçilərinin sayı təxminən 220 milyon təşkil edəcək

“Juniper Research” analitik şirkətinin yeni araşdırmasına əsasən, yaxın iki il ərzində dünyada “4G LTE” qabaqcıl mobil rabitə texnologiyası sürətlə populyarlaşacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu il “LTE” abunəçilərinin sayı 105 milyon, gələn il isə onların sayı iki dəfədən çox artaraq təxminən 220 milyon təşkil edəcək.
Tarix: 27/03/13 Nəqliyyat Nazirliyinin ilk elektron xidmətləri istifadəyə verildi

Nəqliyyat Nazirliyi ilk 4 elektron xidmətini “Elektron hökumət” portalı vasitəsilə vətəndaşların istifadəsinə təqdim etdi. Bu xidmətlər “Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarının lisenziyalaşdırılması”,
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248