Tarix:27/03/13
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "IBM" korporasiyası server seqmentinin lideridir, onun bazar payı 32%-dir. 30,8% göstəriciyə malik "HP" növbəti pillədə qərarlaşıb. "Dell" (13.5%) isə üçüncü olub. Bununla belə, server bazarının həcmi ədədi ifadədə azalıb.
"IDC"-nin qiymətləndirməsinə əsasən, ötən il HPC serverlərin tədarük həcmi 6.8% azalıb ki, bu da onların orta qiymətinin artması və istehsalçıların daha böyük sistemlərin satışına keçməsi ilə bağlıdır.
Ekspertlər qeyd edir ki, çox məhsuldar server bazarının ən dinamik inkişaf edən sektoru 500 min və daha yuxarı ABŞ dolları qiymətində olan yüksəksəviyyəli superkompüterlər seqmenti olub. Bu seqmentdə gəlirin həcmi 29.3% artaraq 5.6 milyard ABŞ dolları təşkil edib.
Seqmentin inkişafı "Fujitsu", "IBM", "HP" və "Cray" kimi şirkətlərin istehsal etdikləri daha böyük sistemlərin sayəsində mümkün olub. Məsələn, Yaponiyanın "RIKEN" elmi tədqiqat institutunda qurulmuş "Fujitsu K" superkompüteri 500 milyondan çox ABŞ dolları qazandırıb.
Emil Hüseynov
Server bazarında artım qeydə alınıb
"IDC" analitik şirkətinin məlumatına əsasən, 2012-ci ildə məhsuldar server sistemləri (HPC) seqmentində gəlir 7,7% artaraq 11,1 milyard ABŞ dolları təşkil edib."ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "IBM" korporasiyası server seqmentinin lideridir, onun bazar payı 32%-dir. 30,8% göstəriciyə malik "HP" növbəti pillədə qərarlaşıb. "Dell" (13.5%) isə üçüncü olub. Bununla belə, server bazarının həcmi ədədi ifadədə azalıb.
"IDC"-nin qiymətləndirməsinə əsasən, ötən il HPC serverlərin tədarük həcmi 6.8% azalıb ki, bu da onların orta qiymətinin artması və istehsalçıların daha böyük sistemlərin satışına keçməsi ilə bağlıdır.
Ekspertlər qeyd edir ki, çox məhsuldar server bazarının ən dinamik inkişaf edən sektoru 500 min və daha yuxarı ABŞ dolları qiymətində olan yüksəksəviyyəli superkompüterlər seqmenti olub. Bu seqmentdə gəlirin həcmi 29.3% artaraq 5.6 milyard ABŞ dolları təşkil edib.
Seqmentin inkişafı "Fujitsu", "IBM", "HP" və "Cray" kimi şirkətlərin istehsal etdikləri daha böyük sistemlərin sayəsində mümkün olub. Məsələn, Yaponiyanın "RIKEN" elmi tədqiqat institutunda qurulmuş "Fujitsu K" superkompüteri 500 milyondan çox ABŞ dolları qazandırıb.
Emil Hüseynov
Baxış sayı: 709
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır