Tarix: 23/12/11 “Facebook” 2011-ci ildə ABŞ-da ən məşhur sayt olub
“Facebook” sosial şəbəkəsi populyarlığa görə “Google” axtarış sistemini ötərək 2011-ci ildə ABŞ-da ən məşhur sayt olub.Bu barədə “Experian Hitwise” şirkətinin yeni tədqiqatında bildirilib. İkinci yerdə “Google.com” saytıdır. Üçüncü yerdə “Google” şirkətinin “YouTube” videoservisi olub.
Tarix: 22/12/11 “Twitter” istifadəçiləri kədərlidirlər
Vermont Universitetinin alimləri “Twitter” şəbəkəsinin 63 milyon istifadəçisi tərəfindən dərc edilmiş 46 milyard sözü təhlil ediblər. Araşdırmanın məqsədi sözlərin mənası əsasında insanların əhval-ruhiyyəsini müəyyənləşdirmək olub. Bunun üçün alimlər 10 min ən tez-tez istifadə edilən ingilis sözlərini seçərək
Tarix: 22/12/11 Macarıstanda Stiv Cobsun heykəlini yaradıblar
Macarıstanın “Graphisoft və AİT-Budapest” şirkətləri Budapeştdə dünyada ilk olaraq “Apple” şirkətinin banisi Stiv Cobsun heykəlini yaradıblar.Stiv Cobsun heykəli macar heykəltaraşı Erno Toto tərəfindən hazırlanıb. Tunc heykəl Budapeştdə, arxitekturlar üçün proqram həllərinin istehsalçısı “Graphisoft” şirkətinin ofisinə girişin qarşısında yerləşir.
Tarix: 21/12/11 Tədqiqat: SMS səs çağırışlarından daha populyardır
Abunəçilər səs çağırışları ilə müqayisədə daha tez-tez SMS-dən istifadə etməyə başlayıblar - “TomiAhonen Consulting” ekspertləri belə nəticəyə gəliblər. Onlar Avstraliya, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ-da 5500-dən çox insan arasında sorğu keçiriblər.
Tarix: 21/12/11 “Google” 2011-ci il ərzində “YouTube”-də ən çox baxılan videoçarxların siyahısını dərc edib
“Google” şirkəti bu gün 2011-ci ildə “YouTube”-da ən çox baxılan videoçarxların siyahısını dərc edib. “YouTube” videohostinqində ötən ildə 1.000.000.000.000-dan çox (1 trilyon) videoya baxıblar. Orta hesabla, 1 il ərzində hər bir insan 140 çarxa baxıb.
Tarix: 20/12/11 “Sony” şirkəti 2 gün ərzində 321 min “PS Vita” konsolu satıb
“Sony” şirkəti 2 gün ərzində Yaponiyada 321,4 min “PS Vita” oyun konsolu satmağı bacarıb,- “Enterbrain” tədqiqat şirkətinə istinadən “Röyters” agentliyi xəbər verib. Bu göstərici “Nintendo 3DS” konsolunun satışları ilə müqayisədə cüzi azdır. Belə ki, “Nintendo 3DS” konsolunun ilk gündə 371 min nüsxəsi satılmışdı.
Tarix: 20/12/11 Amerikalını “X-Men”pirat filminə görə həbs ediblər
Amerikalı Qilberto Sançesi "X-Men" filminin pirat versiyasını yaydığına görə 1 il müddətinə həbs cəzasına məhkum ediblər, -“The Hollywood Reporter” yazıb. 48 yaşlı məhkumun sözlərinə əsasən, o, premyeraya az qalmış diski alıb. Sonra filmi bir neçə saytda yükləmə üçün yerləşdirib.
Tarix: 20/12/11 “Google” yaradıcısı təəccübləndirdi –“Top-klass” planşet
“Google” Direktorlar şurasının sədri Erik Şmidt İtaliyanın “Corriere della Sera” qəzetinə verdiyi müsahibəsində internet-korporasiyanın planları haqqında danışıb. Onun bəyanatları arasında ən gözlənilməz olanı yarım il ərzində “Top-klass” planşeti istehsal etmək niyyətidir.
Tarix: 19/12/11 Olimpiya qaçıcısı eBay vasitəsilə sponsor tapıb
Britaniyanın yüngül atleti Ceyms Ellinqton eBay internet mağazası vasitəsi ilə sponsor tapıb. Sponsor 2012-ci il Londonda keçiriləcək Olimpiadada onun iştirakı ilə bağlı xərclərə 32550 funt sterlinq (50 min dollardan çox) ödəməyə hazırdır. Bu barədə "BBC" bildirib. Sağlamlıqla bağlı 4 il davam edən problemlərə görə
Tarix: 19/12/11 Google şirkəti “Bletçli-park”ın bərpası üçün 850 min dollardan keçib
Google internet-şirkəti ikinci dünya müharibəsi gedişində böyük rol oynamış “Bletçli-park” evinin bərpası üçün 850 min dollarından keçib. Bletçli-park (onu Station X da adlandırırlar) evi Britaniyanın Bletçli şəhərində yerləşir. Keçən əsrin 40-cı illərinin əvvəllərində Britaniya
Tarix: 17/12/11 “Nokia Lumia” smartfonları avropalılara elə də maraqlı deyil
“Exane BNP Paribas” analitikləri “Nokia” şirkətinin “WP”-smartfonları satılan ölkələrdə 1300 avropalı arasında sorğu keçiriblər. Respondentlər arasında yaxın aylar ərzində "ağıllı telefon" almağa hazırlaşan 456 insan da olub. Sorğu nəticəsində aydın olub ki, yalnız 10 nəfər (2,2%) “Nokia Lumia 800”
Tarix: 16/12/11 “RİM” şirkəti yeni nəsil smartfonlarının istehsalını təxirə salır
“Research İn Motion” (RİM) şirkətinin icraçı direktoru Mayk Lazaridis analitiklərlə görüşdə bildirib ki, şirkət “BlackBerry 10” platformasında olan smartfonların istehsalını təxirə salmağa məcburdur. Tərtibatçıların bəyanatına əsasən, “BlackBerry 10” əməliyyat sistemi “BlackBerry OS” və “QNX”
Tarix: 16/12/11 Bill Qeyts “Microsoft” korporasiyasına qayıtmayacaq
Bu yaxınlarda Bill Qeytsin yenidən “Microsoft” korporasiyasına qayıtması ilə bağlı şayiələr meydana gəlmişdi. O isə bu şayiələrin yalan olduğunu bildirib. Cənab Qeyts “Microsoft” korporasiyasını 2008-ci ilin yayında tərk edib. O, Bill və Melinda Qeyts xeyriyyəçilik fondunun işləri ilə məşğul olur.
Tarix: 16/12/11 “Google” şirkəti sürücüsüz avtomobil texnologiyasını patentləyib
“Google” şirkəti bu yaxınlarda sürücüsüz hərəkət edən öz maşın texnologiyasını patentləyib. Patentin təsvirində qeyd edilib ki, maşınlar avtomatik idarə etmə funksiyasını icra etmək üçün veb-funksionaldan istifadə edəcəklər. Bu barədə avtomobilə düz yolun səthinə quraşdırılmış QR kodla olan xüsusi şəkil məlumat verəcək,
Tarix: 16/12/11 “Microsoft” “Nokia”nın telefon biznesini satın ala bilər
“Danske Bank” analitikləri bildiriblər ki, “Nokia” şirkətinin telefon biznesini tezliklə “Microsoft” korporasiyasının satın alma ehtimalı var. Xatırladaq ki, “Microsoft” korporasiyasının “Nokia” şirkətinin mobil telefon bölməsini satın alması haqqında informasiya hələ yazda çıxıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99