Tarix:24/02/12
"2011-ci ilin noyabr ayında biz təxminən 1500 unikal mobil ziyanverici proqram təminatı aşkar etmişik. Buna qədər isə biz bütün il ərzində bu sayda təhlükə aşkar etmişdik" - o qeyd edib.
Eyni zamanda, o təsdiq edib ki, hazırda stolüstü FK üçün təxminən 250 milyon unikal ziyanverici proqram təminatı nümunəsi mövcuddur. "Oxşar hal 1990-cı illərdə mövcud idi. “Chernobyl” virusunun yaranmasına qədər antivirus yaxşı proqram idi, lakin bu virusdan sonra antivirusun kompyuterə quraşdırılması vacib oldu. Eyni hadisələr hazırda mobil qurğular ilə də baş verir" - Kasperski bildirib.
Hazırda “ağıllı” telefonlar üçün ziyanverici əlavələr yaradanlar pullu “SMS” nömrələrə gizli mesaj göndərilməsi üçün bədniyyətli əlavələr yaradırlar.
Kasperskinin fikrincə, hazırda “Android” əməliyyat sistemi viruslar üçün daha zəifdir, lakin buna səbəb əməliyyat sisteminin təhlükəsizliyinin aşağı səviyyəsi deyil. Məsələ ondadır ki, bu platformanın mənbə kodları əlçatandır və “Android Market” mağazasına giriş maksimal dərəcədə loyaldır.
"Belə ki “Apple iOS” platforması tamamilə qapalıdır, buna görə o, daha etibarlıdır" – Kasperski qeyd edib. Bununla belə antivirus şirkəti rəhbərinin proqnozuna əsasən, gələcəkdə məhz “Android” əməliyyat sistemi yalnız smartfon və planşetlərə deyil, həm də televizor, ev elektronikası və digər sistemlərə quraşdırılacaq.
EMİL
Yevgeni Kasperski: “Mobil təhlükələr hələlik azdır, lakin onlar sürətlə artır”
“İCTnews” elektron xəbər xidməti “cybersecurity.ru” resursuna istinadən xəbər verir ki, "Kasperski Laboratoriyası”nın yaradıcısı və rəhbəri Yevgeni Kasperski bildirib ki, mobil təhlükələr artıq realdır və hər yeni gün daha da artır. Bununla belə o, hələ ki stolüstü fərdi kompyuterlər (FK) üçün təhlükə miqyası ilə müqayisə oluna bilməz."2011-ci ilin noyabr ayında biz təxminən 1500 unikal mobil ziyanverici proqram təminatı aşkar etmişik. Buna qədər isə biz bütün il ərzində bu sayda təhlükə aşkar etmişdik" - o qeyd edib.
Eyni zamanda, o təsdiq edib ki, hazırda stolüstü FK üçün təxminən 250 milyon unikal ziyanverici proqram təminatı nümunəsi mövcuddur. "Oxşar hal 1990-cı illərdə mövcud idi. “Chernobyl” virusunun yaranmasına qədər antivirus yaxşı proqram idi, lakin bu virusdan sonra antivirusun kompyuterə quraşdırılması vacib oldu. Eyni hadisələr hazırda mobil qurğular ilə də baş verir" - Kasperski bildirib.
Hazırda “ağıllı” telefonlar üçün ziyanverici əlavələr yaradanlar pullu “SMS” nömrələrə gizli mesaj göndərilməsi üçün bədniyyətli əlavələr yaradırlar.
Kasperskinin fikrincə, hazırda “Android” əməliyyat sistemi viruslar üçün daha zəifdir, lakin buna səbəb əməliyyat sisteminin təhlükəsizliyinin aşağı səviyyəsi deyil. Məsələ ondadır ki, bu platformanın mənbə kodları əlçatandır və “Android Market” mağazasına giriş maksimal dərəcədə loyaldır.
"Belə ki “Apple iOS” platforması tamamilə qapalıdır, buna görə o, daha etibarlıdır" – Kasperski qeyd edib. Bununla belə antivirus şirkəti rəhbərinin proqnozuna əsasən, gələcəkdə məhz “Android” əməliyyat sistemi yalnız smartfon və planşetlərə deyil, həm də televizor, ev elektronikası və digər sistemlərə quraşdırılacaq.
EMİL
Baxış sayı: 1506
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir