12px13px15px17px
Tarix:01/03/12

ABŞ-da məxfi danışıqlar üçün smartfon hazırlanır

“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, hazırda Kaliforniya ştatının  San-Fransisko şəhərində keçirilən “RSA 2012” konfransında ABŞ-ın milli təhlükəsizlik agentliyi (NSA) “Fishbowl” kod adlı smartfonlar təqdim edib.

Bildirilib ki, eksperimental aparatlar vasitəsilə tamamilə şifrlənmiş danışıqlar aparmaq mümkündür. Belə qurğular, məsələn, hərbi əməliyyatların müzakirəsi və ya məxfi informasiyanın ötürülməsi üçün istifadə edilə bilər.

“Fishbowl” smartfonları “Android” əməliyyat sisteminin dəyişdirilmiş versiyası əsasında işləyir. Danışıqlar prosesində məlumatların “NSA” serverləri vasitəsilə marşrutlaşdırmasını həyata keçirən xüsusi “VOIP” əlavə tətbiq edilir.
 
EMİL




Baxış sayı: 964

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024