12px13px15px17px
Tarix:01/03/12

Mobil virusların sayı sürətlə artır

"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, 2011-ci il ərzində mobil qurğular üçün yaradılmış ziyanverici proqramların sayı 6 dəfədən    çox artıb. "Kasperski Laboratoriyası"nın analitikləri "Mobil virusologiya" hesabatında belə nəticəyə gəliblər.

2011-ci ildə, xüsusilə ikinci yarısında, mobil platformalar üçün yeni təhlükələrin sayı sürətlə artıb. Tədqiq edilən dövrdə mobil platformalar üçün yaradılmış ziyanverici proqramların 5255 yeni modifikasiyası aşkar edilib. "Kasperski Laboratoriyası" antivirus bazasına əvvəlki 7 illə müqayisədə daha çox mobil ziyanverici proqram təminatı əlavə edib.

Məlumat üçün bildirim ki, 2011-ci ildə aşkar edilmiş ziyanverici proqramlar arasında əvvəlki kimi "SMS" troyanlar liderlik edir, lakin onların payı  44,2%-dən 36,6%-ə qədər azalıb. İkinci yeri bekdorlar (yoluxdurulmuş qurğuya məsafədən nəzarət etməyə imkan verən ziyanverici proqramlar) tutublar.

Onlar 2010-cu ildə kibercinayətkarlar tərəfindən, demək olar ki, istifadə olunmayıblar. Virus yazanların bu növ ziyanverici proqramlara marağının artması "Android" əməliyyat sistemi ilə bağlıdır. Üçüncü yerdə isə  casus proqramları yerləşiblər.
 
EMİL




Baxış sayı: 946

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024