Tarix:05/07/11
Xəbər şərq vaxtı üzrə gecə saat 2-3 radələrində "@foxnewspolitics" hesabı ilə yerləşdirilib. ABŞ milli xəbərlər agentlikləri, “FoxNews” kanalı daxil olmaqla bu hadisə haqqında bildirmirdilər. Hesabının qırılması faktını təsdiq edən kanal rəhbərliyi öz rəsmi saytında xəbər ilə bağlı təəssüfünü ifadə edib.
Qətl haqqında birinci xəbər bilavasitə Barak Obamanın həqiqi hesabına ünvanlanıb və deyilib: "@BarackObama elə indicə öldü. Prezident ölüdür. Doğrudan, kədərli 4 iyuldur. Prezident Barak Obama ölüb". Sonrakı xəbərlər Obamaya 2 güllə vurulduğu, güllələrin qarın nahiyəsinin alt hissəsinə və boyun nahiyəsinə dəydiyi, zərərçəkmişin aldığı yaralardan öldüyü, güllələyən şəxsin naməlum qaldığı barəsində məlumat verilir. Səhər “Huffington Post” xəbər agentliyi “FoxNews Politics”in “twitter” hesabının sındırıldığını bildirib və təsdiq üçün ekran görüntüsü göstərilib. Ekran görüntüsündə "H4CK3D BY TH3 5CR1PT K1DD3S" imzası (5CR1PT K1DD3S tərəfindən sındırılıb) göstərilib. Kanalın loqotipi SK hərflərinə əvəz edilmişdi, bu da "script kiddies" deməkdir. Kompyuter aləmində bu termin ilə qırmalar üçün kənar mütəxəssislər tərəfindən yazılmış sadə avtomatlaşdırılmış alət və ya skriptlərdən istifadə edən gəncləri adlandırırlar.
Hakerlər Obamanı öldürüb
“Twitter” mikrobloq şəbəkəsində “Fox News” kanalına aid olan hesab sındırılıb. Bazar ertəsi gecə kibercinayətkarlar kanal adından ABŞ prezidenti Barak Obamanın “Ayova” restoranında iki güllə ilə vurulduğu və ölməsi barədə xəbər yerləşdiriblər.Xəbər şərq vaxtı üzrə gecə saat 2-3 radələrində "@foxnewspolitics" hesabı ilə yerləşdirilib. ABŞ milli xəbərlər agentlikləri, “FoxNews” kanalı daxil olmaqla bu hadisə haqqında bildirmirdilər. Hesabının qırılması faktını təsdiq edən kanal rəhbərliyi öz rəsmi saytında xəbər ilə bağlı təəssüfünü ifadə edib.
Qətl haqqında birinci xəbər bilavasitə Barak Obamanın həqiqi hesabına ünvanlanıb və deyilib: "@BarackObama elə indicə öldü. Prezident ölüdür. Doğrudan, kədərli 4 iyuldur. Prezident Barak Obama ölüb". Sonrakı xəbərlər Obamaya 2 güllə vurulduğu, güllələrin qarın nahiyəsinin alt hissəsinə və boyun nahiyəsinə dəydiyi, zərərçəkmişin aldığı yaralardan öldüyü, güllələyən şəxsin naməlum qaldığı barəsində məlumat verilir. Səhər “Huffington Post” xəbər agentliyi “FoxNews Politics”in “twitter” hesabının sındırıldığını bildirib və təsdiq üçün ekran görüntüsü göstərilib. Ekran görüntüsündə "H4CK3D BY TH3 5CR1PT K1DD3S" imzası (5CR1PT K1DD3S tərəfindən sındırılıb) göstərilib. Kanalın loqotipi SK hərflərinə əvəz edilmişdi, bu da "script kiddies" deməkdir. Kompyuter aləmində bu termin ilə qırmalar üçün kənar mütəxəssislər tərəfindən yazılmış sadə avtomatlaşdırılmış alət və ya skriptlərdən istifadə edən gəncləri adlandırırlar.
Baxış sayı: 1315
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir