12px13px15px17px
Tarix:14/03/12

Məşhur sosial şəbəkə smartfonlar üçün virus mənbəyidir

“Symantec” antivirus şirkəti xəbərdarlıq edib ki, smartfonlar üçün ziyanverici proqram təminatı getdikcə “Twitter” mikrobloqlar xidməti vasitəsi ilə daha çox yayılır.

Antivirus proqram istehsalçısının məlumatına görə, kibercinayətkarlar  yalnız bir aksiya çərçivəsində 50 ədəd saxta “Twitter” hesabı ilə 1500-dən çox mesaj göndəriblər.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, “Twitter” xidmətində xüsusilə tez-tez “Android.Opfake” adlı “SMS” troyanla “qarşılaşmaq” olar, “Symantec” antivirus şirkətinin mütəxəssisi Coci Hamada (Joji Hamada) qeyd edib. Smartfona düşən bu virus pullu nömrələrə gizli olaraq mətn mesajları göndərir. Bundan sonra istifadəçinin hesabından böyük məbləğ silinir.

Smartfon sahiblərinin aparatlarına virus təsadüfən də düşə bilər. Məsələn, istifadəçini maraqlandıran sorğu üzrə axtarış nəticələrində ziyanverici keçid də ola bilər. Və istifadəçi həmin ziyanverici istinad üzrə keçid etdikdə ziyanverici əlavə onun qurğusuna qurulur”  - Coci Hamada  “Symantec” antivirus şirkətinin bloqunda izah edib.

Mütəxəssis qeyd edib ki, “Twitter” xidməti ziyanverici proqram təminatı yaradanlar üçün virusların yayılması ilə bağlı əlverişli alətə çevrilib.Həm də  qeyd edim ki, bir çox istifadəçilər “Twitter” mikrobloqlar xidmətinə smartfonlarından daxil olurlar.
 
EMİL
 




Baxış sayı: 951

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024