Tarix:28/03/12
“İCTnews” elektron xəbər xidməti bildirir ki, fırıldaqçının şəxsiyyəti təyin edilib. O, ABŞ ordusunun hərbi qulluqçusu Brendon Li Praysdır. Brendon Li Prays yanvar ayında “Citibank”a zəng vurub və bankın əməkdaşlarını Allenin hesabı ilə əlaqəli poçt ünvanını dəyişdirməyə inandıra bilib. Prays ünvan kimi Sietl əvəzinə Pitsburq (Pensilvaniya ştatı) göstərib.
O, 3 gündən sonra yenidən bankla əlaqə saxlayıb. Prays bildirib ki, debet kartını itirib və onu yeni ünvana yollamağı xahiş edib.
Pol Allenin bank hesabına çıxış imkanına malik kartdan istifadə edən Prays “Western Union” sistemi vasitəsilə 15 min ABŞ dolları həcmində pul köçürməsi həyata keçirib. Fırıldaqçının Pol Allenə vurduğu ziyanın ümumi məbləği 15936 ABŞ dolları təşkil edib.
“Citibank” əməkdaşları baş vermiş saxtakarlıq faktını aşkar etmiş və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar. Prays martın 2-də həbs edilib. Artıq o, həbsdədir və onun işinə hərbi məhkəmədə baxılacaq.
Məlumat üçün bildirim ki, Pol Allen 1975-ci ildə uşaqlıq dostu Bill Qeyts ilə birgə “Microsoft” şirkətinin əsasını qoyublar. Allen 1986-cı ildən etibarən “Vulcan” investisiya şirkətinə malikdir. “Forbes”-in hesablamasına görə, hazırda Pol Allenin varidatı 14,2 milyard dollar təşkil edir.
EMİL
“Microsoft” korporasiyasının həmtəsisçisi telefon hakerinin qurbanı olub
Pensilvaniya ştatında yaşayan fırıldaqçı “Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allenin bank hesabını milyarderə xidmət göstərilən “Citibank”-a bir neçə dəfə zəng etməklə ələ keçirə bilib.“İCTnews” elektron xəbər xidməti bildirir ki, fırıldaqçının şəxsiyyəti təyin edilib. O, ABŞ ordusunun hərbi qulluqçusu Brendon Li Praysdır. Brendon Li Prays yanvar ayında “Citibank”a zəng vurub və bankın əməkdaşlarını Allenin hesabı ilə əlaqəli poçt ünvanını dəyişdirməyə inandıra bilib. Prays ünvan kimi Sietl əvəzinə Pitsburq (Pensilvaniya ştatı) göstərib.
O, 3 gündən sonra yenidən bankla əlaqə saxlayıb. Prays bildirib ki, debet kartını itirib və onu yeni ünvana yollamağı xahiş edib.
Pol Allenin bank hesabına çıxış imkanına malik kartdan istifadə edən Prays “Western Union” sistemi vasitəsilə 15 min ABŞ dolları həcmində pul köçürməsi həyata keçirib. Fırıldaqçının Pol Allenə vurduğu ziyanın ümumi məbləği 15936 ABŞ dolları təşkil edib.
“Citibank” əməkdaşları baş vermiş saxtakarlıq faktını aşkar etmiş və hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar. Prays martın 2-də həbs edilib. Artıq o, həbsdədir və onun işinə hərbi məhkəmədə baxılacaq.
Məlumat üçün bildirim ki, Pol Allen 1975-ci ildə uşaqlıq dostu Bill Qeyts ilə birgə “Microsoft” şirkətinin əsasını qoyublar. Allen 1986-cı ildən etibarən “Vulcan” investisiya şirkətinə malikdir. “Forbes”-in hesablamasına görə, hazırda Pol Allenin varidatı 14,2 milyard dollar təşkil edir.
EMİL
Baxış sayı: 1669
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir