12px13px15px17px
Tarix:29/03/12

Avropa Komissiyası kibercinayətkarlıqla mübarizə üçün mərkəz yaratmağı təklif edib

Avropa Komissiyası Haaqada Avropa Birliyinin polis xidməti çərçivəsində kibercinayətkarlıqla mübarizə aparmaq üçün xüsusi Avropa mərkəzi (European Cybercrime Centre) yaratmağı təklif edib. Bu barədə Avropa Komissiyasının press-relizində bildirilib.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, yaradılacaq yeni mərkəzin vəzifəsi mütəşəkkil cinayətkar qrupların internetdə qanunsuz fəaliyyətinə qarşı mübarizə aparmaq olmalıdır.

Təsisçilərin fikrinə görə, xüsusi mərkəz, Avropolun uşaq fahişəliyi, insan alveri, şəxsi məlumatların oğurlanması ilə mübarizə aparması vəzifəsini yüngülləşdirməli, həmçinin Avropa Birliyinə daxil olan dövlətlərin infrastrukturuna ziyan vuran kütləvi kiberhücumlara qarşı müqavimət göstərməsinə kömək etməlidir.Avropa Kibercinayətkarlıq Mərkəzinin 2013-cü ilin yanvarında yaradılacağı gözlənilir.


 
EMİL
 




Baxış sayı: 1863

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024