12px13px15px17px
Tarix:06/04/12

Məşhur sosial şəbəkə spammerlərlə mübarizə aparmağa başlayıb

“Twitter” mikrobloqlar xidməti spamla mübarizə üçün nəzərdə tutulmuş növbəti addımlar atıb. Şirkət “Twitter”-də spam üçün 5 ən aktiv proqram  istehsalçısına qarşı iddia qaldırıb. Xidmət, həmçinin bu proqram təminatının yaradılmasının arxasında duran insanlara qarşı iddia irəli sürüb.

“İCTnews” elektron xəbər xidməti bildirir ki, “Twitter”-in əməkdaşları arasında kibertəhlükəsizlik üzrə mütəxəssislərin olmasına baxmayaraq, şirkət spamla mübarizəni məhkəmə müstəvisinə keçirtməyə qərar verib.

Şirkət bloqunda San-Fransisko məhkəməsinə verilmiş iddiaya görə  cavabdehlər sırasına kimin daxil olmasını qeyd etməyib.
“Twitter” xidmətindən bildirilib ki, onların iddiası hər şeydən əvvəl, spam və ziyanverici istinadları yaymağa imkan verən proqram istehsalçılarına qarşı yönəlib.

Məlumat üçün bildirim ki, hazırda “Twitter” mikrobloqlar xidmətində aktiv istifadəçilərin sayı 140 milyonu ötür. Onlar hər gün 340 milyondan çox tvit göndərirlər.
 
EMİL




Baxış sayı: 1410

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024