Tarix:28/04/12
“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Gartner” şirkətinin analitiki Ruccer Kontunun sözlərinə görə, 2011-ci ildə antivirus bazarında qeydə alınmış artım istehlak və korporativ səviyyəli İT təhlükəsizlik həllərinə tələbatın artması ilə bağlıdır. "Ümumi artıma baxmayaraq, bəzi regionlarda artım 10 faiz həddini ötməyib" - ekspert bildirib və əlavə edib ki, ümumilikdə antivirus proqram təminatı bazarında sabit artım müşahidə olunur.
“Gartner” analitik şirkətinin məlumatına görə, “Symantec” şirkəti antivirus bazarının lideridir. Şirkət 2011-ci ildə məhsullarının satışından 3,65 milyard dollar qazanıb. Bu, şirkətin keçənilki göstəricisindən 17 faiz yuxarıdır. Nəticədə “Symantec” şirkətinin bu seqmentdəki payı 20,6 faizə çatıb.
“McAfee” antivirus şirkəti antivirus proqram təminatının satışlarından əldə edilən gəlirə görə ikinci yerdə qərarlaşıb. Məlumat üçün bildirim ki, 2011-ci ilin əvvəlində “İntel” korporasiyası “McAfee” antivirus şirkətini 7,68 milyard dollara satın alıb.İlk beşlikdə, həmçinin “Trend Micro”, “IBM” və “EMC” şirkətləri də yer alıblar.
EMİL
Antivirus bazarında sabit artım müşahidə olunur
“Garthner” analitik şirkətinin məlumatına görə, kompyuter təhlükəsizliyinin təmin edilməsi üçün nəzərdə tutulmuş proqram təminatı bazarının həcmi 2011-ci ilin nəticəsinə görə 17,7 milyard dollar təşkil edib.“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Gartner” şirkətinin analitiki Ruccer Kontunun sözlərinə görə, 2011-ci ildə antivirus bazarında qeydə alınmış artım istehlak və korporativ səviyyəli İT təhlükəsizlik həllərinə tələbatın artması ilə bağlıdır. "Ümumi artıma baxmayaraq, bəzi regionlarda artım 10 faiz həddini ötməyib" - ekspert bildirib və əlavə edib ki, ümumilikdə antivirus proqram təminatı bazarında sabit artım müşahidə olunur.
“Gartner” analitik şirkətinin məlumatına görə, “Symantec” şirkəti antivirus bazarının lideridir. Şirkət 2011-ci ildə məhsullarının satışından 3,65 milyard dollar qazanıb. Bu, şirkətin keçənilki göstəricisindən 17 faiz yuxarıdır. Nəticədə “Symantec” şirkətinin bu seqmentdəki payı 20,6 faizə çatıb.
“McAfee” antivirus şirkəti antivirus proqram təminatının satışlarından əldə edilən gəlirə görə ikinci yerdə qərarlaşıb. Məlumat üçün bildirim ki, 2011-ci ilin əvvəlində “İntel” korporasiyası “McAfee” antivirus şirkətini 7,68 milyard dollara satın alıb.İlk beşlikdə, həmçinin “Trend Micro”, “IBM” və “EMC” şirkətləri də yer alıblar.
EMİL
Baxış sayı: 1508
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir