Tarix:05/05/12
"İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "NotCompatible" adlı ziyanverici proqram saytın kodunda "gizlənib" və səhifəyə "Android" smartfondan daxil olduqda virus özünü sistem yenilənməsi kimi qələmə verərək avtomatik olaraq "Update.apk"-ni yükləməyə çalışır. "APK" fayl aparata quraşdırıldıqda o, virusa yoluxur.
Analitiklər bildiriblər ki, troyan yalnız "Android" ilə işləyən qurğulara ziyan vurur. Əgər həmin səhifəyə fərdi kompyuter və digər platforma ilə işləyən smartfondan daxil olunsa, o, heç bir ziyan vurmayacaq.
"NotCompatible" troyanı hələ ki yalnız az tanınan saytlarda aşkar edilib. Bununla belə, ekspertlər əlavələri naməlum mənbələrdən quraşdırmamağı tövsiyə edirlər. Bu funksiyanı sazlamalar səhifəsində deaktiv etmək olar.
EMİL
"Android" smartfonlar virusa ilk dəfə olaraq saytlar vasitəsilə yoluxmağa başlayıblar
"Lookout Mobile Security" antivirus şirkətinin ekspertləri "Google" şirkətinin "Android" platforması ilə işləyən qurğular üçün ilk troyan qeydə alıblar. Troyan "sındırılmış" veb-saytlar vasitəsilə yayılır. Bu barədə antivirus şirkətinin bloqunda bildirilib."İCTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, "NotCompatible" adlı ziyanverici proqram saytın kodunda "gizlənib" və səhifəyə "Android" smartfondan daxil olduqda virus özünü sistem yenilənməsi kimi qələmə verərək avtomatik olaraq "Update.apk"-ni yükləməyə çalışır. "APK" fayl aparata quraşdırıldıqda o, virusa yoluxur.
Analitiklər bildiriblər ki, troyan yalnız "Android" ilə işləyən qurğulara ziyan vurur. Əgər həmin səhifəyə fərdi kompyuter və digər platforma ilə işləyən smartfondan daxil olunsa, o, heç bir ziyan vurmayacaq.
"NotCompatible" troyanı hələ ki yalnız az tanınan saytlarda aşkar edilib. Bununla belə, ekspertlər əlavələri naməlum mənbələrdən quraşdırmamağı tövsiyə edirlər. Bu funksiyanı sazlamalar səhifəsində deaktiv etmək olar.
EMİL
Baxış sayı: 1487
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir