12px13px15px17px
Tarix:15/05/12

"Kasperski Laboratoriyası" “Apple” korporasiyasına yardım edəcək

Kompyuter virusları, spam və haker hücumlarından müdafiə sistemlərinin hazırlanması üzrə ixtisaslaşmış Rusiyanın "Kasperski Laboratoriyası" şirkəti Amerikanın "Apple" korporasiyasına yardım edəcək. Belə ki, şirkət əməkdaşları  "Mac OS" əməliyyat sistemində təhlükəsizliyin artırılması ilə bağlı məsələlərdə konsultasiya verəcək. Bu barədə antivirus şirkətinin tədqiqat və hazırlama üzrə direktoru Nikolay Qrebennikov məlumat verib.

"İCTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, Nikolay Qrebennikovun sözlərinə görə, "Kasperski Laboratoriyası"nda çalışan mütəxəssislər artıq "Apple" korporasiyasının əməliyyat sistemini təhlil etməyə başlayıblar.

"Mac OS" əməliyyat sistemi həqiqətən zəif müdafiə olunub. İlkin təhlil nəticələrinə görə, qeyd etmək olar ki, "Apple" korporasiyası təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət ayırmır" - Qrebennikov bildirib.


EMİL




Baxış sayı: 1529

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024