12px13px15px17px
Tarix:09/07/11

Amerika provayderləri pirat əleyhinə sistem yaradırlar

Ən böyük Amerika provayderləri internet piratçılıqla mübarizə tədbirləri haqqında musiqi və kinofilm şirkətləri ilə razılaşıblar. Razılaşma qeyri-rəsmi olaraq "Altı zərbə" (Six Strikes) adını alıb. Onun şərtlərinə görə, provayder piratçılıqda ifşa edilmiş istifadəçiyə 6 dəfəyə qədər xəbərdarlıq etməlidir. Qaydaları pozan nə qədər çox xəbərdarlıq alacaqsa, cəza tədbirləri də o qədər sərt olacaq.
İnternet-piratçıların aşkar edilməsi məsələsini kino və musiqi şirkətləri öz üzərlərinə götürürlər. Əgər onlara bu və ya digər IP ünvanın qeyri-leqal fayl mübadiləsində iştirak etdiyini təyin etmək müvəffəq olursa, onlar bu haqda provayderə bildirirlər. Sonra provayder IP üzrə istifadəçinin şəxsiyyətini təyin edir və ona xəbərdarlıq göndərir. Əgər istifadəçi pirat fəaliyyətini dayandırmırsa, xəbərdarlıq təkrar göndərilir.
Xəbərdarlıqların sayı 4-ü ötdükdə, provayder istifadəçinin internetə qoşulma sürətini məhdudlaşdırmağa və ya onu qaydaları pozma haqqında informasiya olan veb səhifəyə yönləndirməyə haqlıdır. Razılaşmanı “AT&T”, “Verizon”, “Comcast”, “Cablevision” və “Time Warner Cable” provayderləri imzalayıblar.



Baxış sayı: 1181

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024