12px13px15px17px
Tarix:14/06/12

İnformasiyanın mühafizəsi sahəsində mütəxəssis çatışmazlığı yaşanır?!

Kompyuter təhlükəsizliyi üzrə aparıcı ekspertlər müəssisə və ya dövlət idarələrində lazımi kibermüdafiə səviyyəsini təmin edə bilən  mütəxəssis çatışmazlığı yaşandığı haqqında bildiriblər. Və bu xoşagəlməz tendensiya kibercinayətkarlıq çiçəkləndiyi halda yaşanır. "Bu, milli təhlükəsizlik üçün böyük problemdir" – “Symantec” şirkətinin baş direktoru Enrike Salem bildirib.

“İCTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, direktorun sözlərinə görə, onun antivirus şirkəti kompyuter təhlükəsizliyi sahəsi üzrə kadrların hazırlanması üçün bir sıra dövlət, hərbi və təhsil müəssisələri ilə əməkdaşlıq edir. Lakin istedadlı texniki informasiyanın mühafizəsi məsələsinə cəlb etmək heç də asan deyil, çünki onların bir çoxu bu işi yaxşı hesab etmir,- “ICANN” təşkilatının kibertəhlükəsizlik məsələləri üzrə vitse-prezidenti Cef Moss belə hesab edir.

"Əgər kimsə kompyuter şəbəkələrinin təhlükəsizliyini doğrudan  təmin edirsə, onun işini heç kim tərifləməyəcək. Lakin əgər hər hansı problem olsa, onu tənqid atəşinə tutacaqlar" - Moss qeyd edib.



 
EMİL




Baxış sayı: 1758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024