12px13px15px17px
Tarix:19/06/12

Kompyuter sisteminə qanunsuz daxil olanlar cəzalandırılacaq

Milli Məclisin (MM) Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu siyasəti komitələrinin iyunun 19-da keçirilən iclasının gündəliyinə Cinayət Məcəlləsinə dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihəsi salınıb.

Cinayət Məcəlləsinə təklif olunan dəyişikliyə görə, kompyuter sisteminə və ya onun hər hansı bir sisteminə daxil olmaq hüququ olmadan həmin sistemə, yaxud onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan kompyuter məlumatlarını ələ keçirmək, başqa şəxsi niyyətlə qəsdən daxilolma 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək miqdarda cərimə, yaxud 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Həmçinin, eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma, yaxud müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2000 manatdan 3000-dək miqdarda cərimə, yaxud 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum edilmə ilə cəzalandırılacaq.

Eyni zamanda, kompyuter sisteminə, kompyuter sistemindən və ya bu sistemin daxilinə ötürülən ümumi istifadə üçün nəzərdə tutulmayan kompyuter məlumatlarını, o cümlədən bu cür kompyuter məlumatlarının daşıyıcısı olan kompyuter sistemlərinin elektromaqnit şüalanmasının buna hüququ olmayan şəxs tərəfindən texniki vasitələrdə istifadə etməklə qəsdən ələ keçirilməsi 2 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 1000 manatdan 2000 manatadək miqdarda cərimə, yaxud 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını nəzərdə tutur.

Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2000 manatdan 3000 manatadək miqdarda cərimə, yaxud iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
CM-nə təklif olunan dəyişikliklər geniş müzakirələr açılmadan parlamentin plenar iclasına tövsiyə olunub.




Baxış sayı: 1079

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024