12px13px15px17px
Tarix:13/07/11

“Apple” “iOS” üçün ilk antivirus

“Mac İntego” üçün antivirus proqram təminatının fransız istehsalçısı bu gün “iPhone”, “iPad” və “iPod Touch” üçün ilk mobil proqramı istifadəyə verib. Proqram mobil qurğunu virus və zərərverici proqram təminatları üzrə yoxlayır. “iOS” üçün “İntego VirusBarrier” proqramı artıq “Apple” tərəfindən bəyənilib və “App Store” onlayn mağazasında yerləşdirilib. Proqram bu gündən 2,99 dollara satılır.
“İntego” mətbuat katibi Piter Ceyms bildirib ki, “iOS” əməliyyat sistemi proqrama fayl sisteminə və ya digər proqram məlumatlarına giriş əldə etməyə imkan vermədiyindən, planlaşdırılmış skan və ya avtomatik yeniləmə burada mümkün deyil. Bunun əvəzinə “VirusBarrier” əl rejimində uzaq serverdə yerləşdirilmiş yükləməyə təklif edilən faylları yoxlaya bilər.
"iOS” əməliyyat sistemində fayl sisteminə giriş əldə etmək olmaz. Çünki sistemə giriş yoxdur, “iOS” əməliyyat sistemində yalnız daxil olan email və ya faylları yoxlaya bilərsiniz ", – deyə Piter Ceyms bildirib. Həmçinin “Virus Barrier” sisteminin “iOS” versiyası digər proqramların məlumatlarını yoxlaya bilməz. "Bizim üçün insanların “Virus Barrier” sisteminin nə edib-etməyəcəyini bilmələri əhəmiyyətlidir. Hərçənd bugünkü gün “iOS” üçün viruslar aşkar edilməyib, lakin potensial kibercinayətkarlar müdaxilə üçün yaxın vaxtlarda aşkar edilmiş PDF boşluqdan istifadə etməyə çalışa bilərlər" - o bildirib.



Baxış sayı: 2643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024