Tarix:10/07/12
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi qanunvericiləri kibercinayətkarlıqla mübarizə haqqında xüsusi qanun layihəsi qəbul etməyə səsləyib. Belə ki, hazırda istifadə edilən kompyuter sistemləri təhlükəsiz deyillər. Agentliyin ekspertlərinin fikrincə, ABŞ hökuməti mükəmməl hərbi yönümlü kiberbölmə yaratmalıdır.
Məlumat üçün bildirək ki, 2011-ci il ərzində müxtəlif saytlara edilmiş kiberhücumların sayı təxminən 1.5 dəfə, ziyanverici kompyuter proqramlarının sayı isə 60 faiz artıb. Bundan əlavə, hakerlər ABŞ hökuməti üçün mühüm əhəmiyyətə malik obyektlərin kompyuter sistemlərinə 160 dəfədən çox hücum həyata keçiriblər.
Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə belə hücumların sayı 9-a bərabər idi. 2011-ci ildə “Google”, “AT&T”, “Visa”, “Stratfor” kimi iri şirkətlərin saytları, həmçinin Amerika Ticarət Palatasının portalı haker hücumlarına məruz qalıb.
EMİL
ABŞ-da hərbi kiberbölmə yaradıla bilər
Əqli mülkiyyətdən qanunsuz istifadə Amerika şirkətlərinə hər il 250 milyard dollara başa gəlir. İl ərzində əlavə olaraq 114 milyard dollar isə kibercinayətkarlıqla əlaqədar məsələlərə xərclənir. Dünya ictimaiyyəti hər il kibercasusluq və kibercinayətkarlıqla mübarizəyə 1 trilyon dollardan çox vəsait xərcləyir.“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi qanunvericiləri kibercinayətkarlıqla mübarizə haqqında xüsusi qanun layihəsi qəbul etməyə səsləyib. Belə ki, hazırda istifadə edilən kompyuter sistemləri təhlükəsiz deyillər. Agentliyin ekspertlərinin fikrincə, ABŞ hökuməti mükəmməl hərbi yönümlü kiberbölmə yaratmalıdır.
Məlumat üçün bildirək ki, 2011-ci il ərzində müxtəlif saytlara edilmiş kiberhücumların sayı təxminən 1.5 dəfə, ziyanverici kompyuter proqramlarının sayı isə 60 faiz artıb. Bundan əlavə, hakerlər ABŞ hökuməti üçün mühüm əhəmiyyətə malik obyektlərin kompyuter sistemlərinə 160 dəfədən çox hücum həyata keçiriblər.
Müqayisə üçün qeyd edək ki, 2009-cu ildə belə hücumların sayı 9-a bərabər idi. 2011-ci ildə “Google”, “AT&T”, “Visa”, “Stratfor” kimi iri şirkətlərin saytları, həmçinin Amerika Ticarət Palatasının portalı haker hücumlarına məruz qalıb.
EMİL
Baxış sayı: 1426
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir