12px13px15px17px
Tarix:12/07/12

“Yahoo!”-nun 100 minlərlə istifadəçisinin şifrələri ələ keçirilib

Hakerlər “Yahoo!”-nun 453 min hesabının loqin və şifrəsini açıq girişdə yerləşdiriblər. Hesablar “D33D Company” saytında adi  mətn faylı şəklində yerləşdirilib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “TrustedSec”-in ekspertləri hesab edir ki, “oğurlanmış” şifrələr “Yahoo Voice” xidmətinə məxsusdur. “Yahoo!” şifrələrin “oğurlanması” faktını təsdiq etmir.

Hakerlər altdomenin təhlükəsizliyi üçün cavabdehlik daşıyan şəxslərin şifrələrinin dərc edilməsini təhdid kimi deyil, həyəcan zəngi kimi qəbul edəcəkləri ilə bağlı öz ümidlərini ifadə ediblər. "Biz Yahoo!-nun veb-serverlərinin təhlükəsizlik sistemində xeyli boşluqlar tapdıq.

Zəhmət olmasa, onlara diqqətlə yanaşın. Sonrakı hücumlardan yayınmaq üçün biz altdomeni və boşluğa malik sistemin digər parametrlərini açıq girişdə yerləşdirməmişik" – hakerlərin bəyanatında belə yazılıb.Loqin və şifrələr “SQL” inyeksiya üsulu ilə ələ keçirilib.
 
EMİL



Baxış sayı: 1408

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024