Tarix:15/07/11
Linn martda edilmiş kiberhücum haqqında Müdafiə Nazirliyinin kompyuter təhlükəsizliyinin müdafiəsi sahəsində yeni strategiyasına həsr edilmiş nitqində bildirib. ABŞ Milli Müdafiə Universitetində çıxış edərək o bildirib ki, Pentaqon daha çox terror qrupları tərəfindən təşkil edilmiş haker hücumlarından ehtiyat edir. Linnin sözlərinə görə, ABŞ-ın hərbi gücünü qiymətləndirən dövlətlər onunla açıq münaqişəyə girməyə risk etməyəcəklər, lakin məxfi məlumatların terrorçuların əlinə keçməsinin nəticələri ən ciddi və gözlənilməz hadisələrə gətirib çıxara bilər.
İyul ayının 12-də Pentaqonun podratçısı olan Booz Allen “Hamilton” şirkətinin serverinin “qırılması” haqqında bildirilib. Nəticədə “Anonymous” qrupundan hakerlər 90 mindən çox Amerika hərbi qulluqçusunun elektron poçt ünvanını əldə ediblər.
Pentaqon kiberhücuma məruz qaldığını təsdiq edib
Pentaqon iyulun 14-də 2011-ci ilin mart ayında güclü kiberhücuma məruz qaldığını təsdiq edib və bu, onun tarixində ən böyük məlumat oğurluğu olub. ABŞ müdafiə nazirinin müavini Uilyam Linn bildirib ki, söhbət 24 min fayldan gedir. Pentaqonun məlumatına görə, müəssisənin kompyuter şəbəkəsinə hücumu xarici dövlət hakimiyyəti təşkil edib. Linn hansı dövlət olduğunu bildirməyib. O, həmçinin hansı növ məlumatın ələ keçirildiyi haqqında da məlumat verməyib. AP qeyd edib ki, əvvəllər hərbi müəssisə kiberhücumlarla bağlı tez-tez Rusiya və Çin hakerlərini günahlandırıb.Linn martda edilmiş kiberhücum haqqında Müdafiə Nazirliyinin kompyuter təhlükəsizliyinin müdafiəsi sahəsində yeni strategiyasına həsr edilmiş nitqində bildirib. ABŞ Milli Müdafiə Universitetində çıxış edərək o bildirib ki, Pentaqon daha çox terror qrupları tərəfindən təşkil edilmiş haker hücumlarından ehtiyat edir. Linnin sözlərinə görə, ABŞ-ın hərbi gücünü qiymətləndirən dövlətlər onunla açıq münaqişəyə girməyə risk etməyəcəklər, lakin məxfi məlumatların terrorçuların əlinə keçməsinin nəticələri ən ciddi və gözlənilməz hadisələrə gətirib çıxara bilər.
İyul ayının 12-də Pentaqonun podratçısı olan Booz Allen “Hamilton” şirkətinin serverinin “qırılması” haqqında bildirilib. Nəticədə “Anonymous” qrupundan hakerlər 90 mindən çox Amerika hərbi qulluqçusunun elektron poçt ünvanını əldə ediblər.
Baxış sayı: 1263
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir