12px13px15px17px
Tarix:09/08/12

Dövlətlər informasiya təhlükəsizliyi ilə bağlı fəaliyyətlərini genişləndirib

Çox zaman dövlətlər arasında baş verən münaqişələrin həllində hərbi silahlardan deyil, tamam fərqli üsullardan istifadə edilir. Bunlara maliyyə axınının kəsilməsi, siyasi təcrid, ticarət əlaqələrinin pozulması, strateji vacib ehtiyatların (neft, kömür, qaz) eksportuna qadağaların qoyulması və s. aiddir. Bu üsullardan ən təhlükəlisi isə qarşı tərəfə informasiya təsiridir.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova məlumat verib. Onun sözlərinə görə, bu gün informasiya təsiri ilə əlaqədar dövlətlərin informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində  rolu xeyli artıb.

Dövlətin informasiya təhlükəsizliyi dedikdə, vətəndaşın, cəmiyyətin və dövlətin balanslaşdırılmış milli maraqlarının qorunması nəzərdə tutulur: “İnformasiya müharibəsi təhlükəsinin get-gedə artması şəraitində kompyuter şəbəkələri informasiya hücumlarına tab gətirmək imkanına malik olmalıdır.

Yəni həm şəbəkələr, həm də bu şəbəkələrlə əlaqədar fəaliyyət göstərən informasiya sistemləri qarşı tərəfin informasiya təsirinə adekvat reaksiya göstərərək, qarşı tərəf üzərində üstünlük əldə etmək məqsədi ilə informasiya münaqişəsinin digər spesifik məsələlərini həll etmək qabiliyyətinə malik olmalıdırlar”.
 
HƏQİQƏT




Baxış sayı: 1439

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024