12px13px15px17px
Tarix:03/09/12

XİN 3 gündür hakerlərin müdaxilələrinin qarşısını alır

Bu gün səhər saatlarında Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet səhifəsinə (mfa.gov.az) daxilolmada yubanmalar olub. Lakin bir qədər keçdikdən sonra sayta daxil olmaq əvvəlki qaydaya düşüb.

Məsələ ilə bağlı XİN-in Mətbuat xidmətindən “ICTnews.az” elektron xəbər xidmətinə bildirilib ki, artıq 3 gündür sayta hakerlər tərəfindən müdaxilələr edilir: «Lakin müdaxilələrin qarşısı dərhal alınır. Ona görə də saytın fəaliyyəti dayanmayıb və hazırda da saytımız tam gücündə fəaliyyət göstərir».

XİN-dən o da bildirilib ki, nazirliyin saytına edilən haker müdaxilələri ilə bağlı araşdırma aparılıb və məlum olub ki, bu, ölkə daxilindən deyil: «Edilən müdaxilələr Azərbaycanın sərhədləri daxilindən deyil, xaricdəndir».





SEYMUR




Baxış sayı: 1463

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024