Tarix:04/09/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib.
O, APA-ya verdiyi açıqlamasında bildirib ki, beynəlxalq aləmdə Azərbaycana qarşı yönəldilən ciddi informasiya hücumlarının, o cümlədən ölkəmizin elektron KİV-nə müdaxilələrin arxasında Ermənistan dövləti və onun beynəlxalq aləmdəki dayaqları durur. Şöbə müdirinin sözlərinə görə, erməni tərəfinin sözügedən hücumları ilə bağlı Azərbaycan hakimiyyəti və hakimiyyət strukturları ciddi işə başlayıb: “Hazırda həm ölkə daxilində, həm ölkəni beynəlxalq aləmlə bağlayan elektron trafiklərdə, eyni zamanda beynəlxalq aləmdə bu məsələlərlə məşğul olan müvafiq mərkəzlərlə ciddi iş aparılır, qarşı tərəfin hücumlarının qarşısının alınması və Azərbaycanın elektron informasiya vasitələrinin ahəngdar işinin təmin olunması istiqamətində işlər görülür”.
SEYMUR
Əli Həsənov: “Azərbaycan saytlarına hücumların arxasında Ermənistan dövləti durur”
“Son vaxtlar Ramil Səfərov hadisəsi, Azərbaycanın beynəlxalq diplomatik müstəvidə erməni tərəfini ifşa etməsi, Dağlıq Qarabağ məsələsində ermənilərin bütün lazımi arqumentlərinin tükənməsi, işğalçılıq faktlarının pərdələnməsinin Ermənistan, onun ideoloji strukturları üçün çətinləşməsi şəraitində ermənilər Azərbaycanın haqq səsini yayan, Azərbaycanın informasiya siyasətini həyata keçirən xəbər portallarına qarşı total hücuma, təxribatlara başlayıblar”.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib.
O, APA-ya verdiyi açıqlamasında bildirib ki, beynəlxalq aləmdə Azərbaycana qarşı yönəldilən ciddi informasiya hücumlarının, o cümlədən ölkəmizin elektron KİV-nə müdaxilələrin arxasında Ermənistan dövləti və onun beynəlxalq aləmdəki dayaqları durur. Şöbə müdirinin sözlərinə görə, erməni tərəfinin sözügedən hücumları ilə bağlı Azərbaycan hakimiyyəti və hakimiyyət strukturları ciddi işə başlayıb: “Hazırda həm ölkə daxilində, həm ölkəni beynəlxalq aləmlə bağlayan elektron trafiklərdə, eyni zamanda beynəlxalq aləmdə bu məsələlərlə məşğul olan müvafiq mərkəzlərlə ciddi iş aparılır, qarşı tərəfin hücumlarının qarşısının alınması və Azərbaycanın elektron informasiya vasitələrinin ahəngdar işinin təmin olunması istiqamətində işlər görülür”.
SEYMUR
Baxış sayı: 859
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir