12px13px15px17px
Tarix:07/09/12

Mobil istifadəçiləri məlumatların məxfiliyi ilə bağlı narahat olurlar

Hansısa bir tətbiqin telefondakı şəxsi məlumatlara çıxış imkanına malik olduğunu bilən mobil qurğu istifadəçilərinin əksəriyyəti bu proqramı silməyə və ya onu heç quraşdırmamağa üstünlük verirlər. Bu barədə “Pew Research” və “American Life Project” internet-mərkəzinin əməkdaşları keçirilmiş sorğu nəticəsində biliblər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqat nəticələrinə əsasən, amerikalıların 54 faizi istifadəçilərin şəxsi məlumatlarını toplayan mobil tətbiqləri quraşdırmırlar. Respondentlərin 33 faizi etiraf edib ki, onlar belə tətbiqləri telefon və ya planşetdən silmirlər. 57 faiz isə bildirib ki, onlar belə tətbiqləri yükləmir, ya da onların fəaliyyəti haqqında xəbər tutduqda silirlər.

“Pew Research”-in baş mütəxəssisi Meri Meddenin sözlərinə görə, mobil proqram təminatının həcmi çox sürətlə artır, lakin istifadəçilər belə müxtəliflikdə şəxsi informasiyanın məxfiliyi problemini unutmurlar. Bir çox İT nəhənglər də bu barədə düşünür.


EMİL




Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024