12px13px15px17px
Tarix:15/09/12

"İntel" korporasiyası dünyanı şifrələrdən xilas edəcək

Çox güman ki, yaxın gələcəkdə istifadəçilərin hər gün poçtuna, sosial şəbəkədəki hesabına girməsi üçün daxil etdiyi şifrələrə ehtiyac qalmayacaq. "İntel" korporasiyasının smartfon, planşet və noutbuklar üçün hazırladığı texnologiya şifrə daxil etməyin əvəzinə sadəcə əli qurğunun üzərinə aparmaq lazımdır.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, "İntel" xüsusi biometrik datçiklər və müvafiq proqram təminatı hazırlayıb.

Texnologiya insanın ovucunda yerləşən venaların unikal yerləşməsini təyin etməyə imkan verir. "Biz xeyli şifrələrdən  istifadə edirik, onlar adətən mürəkkəb seçilir və onları yadda saxlamaq çətindir. Biometrik skan etmə - bu, problemin öhdəsindən gəlmək üçün ən yaxşı üsuldur" - "İntel"in informasiya təhlükəsizliyi sahəsində  tədqiqatlar üzrə bölməsinin direktoru Şridxar Ayenqar bildirib.

Ayenqar San-Fransisko şəhərində keçirilən İstehsalçılar Forumunda texnologiyanı jurnalistlərə nümayiş etdirib. O, əlini ekrana toxundurmadan planşetin üzərinə gətirib və qurğu sahibini "tanıyaraq" müxtəlif saytlardakı hesablara avtomatik daxil olub.

EMİL




Baxış sayı: 881

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024