Tarix:24/09/12
İstehsalçılar bildiriblər ki, onların yaratdığı rabitə sistemi 5000 ədəd ikisaatlıq “HD” filmi 50 kilometr uzunluğunda məsafəyə bir saniyə ərzində ötürə bilər. Bu göstərici lif-optik xətlər üçün mütləq rekorddur.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Danimarka Texniki Universitetinin professoru Toşio Moriokinin sözlərinə görə, lif-optik xətlər üçün əvvəlki rekord 305 Tbit/san təşkil edirdi. Bu göstərici indiki nailiyyətdən 3 dəfə aşağıdır.
Rabitə sisteminin yaradıcıları bildiriblər ki, rabitənin sürətini əhəmiyyətli dərəcədə qaldırmaq lif-optik sisteminin yeni strukturu sayəsində mümkün olub. Petabit sürət əldə etmək üçün çoxnüvəli optik nüvə (MCF, multicore optical fiber) adlandırılan kabeldən istifadə edilib.
EMİL
Yeni daha sürətli rabitə sistemi yaradılıb
Mühəndislər qrupunun yaratdığı ən yüksəksürətli rabitə xətti verilənləri saniyədə 1 petabit sürətlə ötürməyə qadirdir. 52,4 kilometr uzunluğunda yeni 12 kanallı rabitə xəttini Yaponiyanın “NTT” şirkəti, “Fujikura” şirkəti, həmçinin Yaponiyanın Hokkaydo Universiteti və Danimarka Texniki Universiteti yaradıblar.İstehsalçılar bildiriblər ki, onların yaratdığı rabitə sistemi 5000 ədəd ikisaatlıq “HD” filmi 50 kilometr uzunluğunda məsafəyə bir saniyə ərzində ötürə bilər. Bu göstərici lif-optik xətlər üçün mütləq rekorddur.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, Danimarka Texniki Universitetinin professoru Toşio Moriokinin sözlərinə görə, lif-optik xətlər üçün əvvəlki rekord 305 Tbit/san təşkil edirdi. Bu göstərici indiki nailiyyətdən 3 dəfə aşağıdır.
Rabitə sisteminin yaradıcıları bildiriblər ki, rabitənin sürətini əhəmiyyətli dərəcədə qaldırmaq lif-optik sisteminin yeni strukturu sayəsində mümkün olub. Petabit sürət əldə etmək üçün çoxnüvəli optik nüvə (MCF, multicore optical fiber) adlandırılan kabeldən istifadə edilib.
EMİL
Baxış sayı: 1356
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib